"Azərbaycan millisindən daha istəkli oyun gözləyirdim"

"Azərbaycan millisindən daha istəkli oyun gözləyirdim"
ÖLKƏ FUTBOLU 17 Noyabr 2014 / 00:14 5943
-  A +

"Sevinirik ki, belə rəqiblə oyunda qələbə qazandıq.Oyunçularımla fəxr  edirəm. Verdiyim tapşırıqları düzgün yerinə yetirdilər. Müdafiədə daha yaxşı çıxış etdik”.

Qol.Az- ın məlumatına görə, bu sözləri Norveç milli komandasının baş məşqçisi Per-Matias Höqmo yığmamızaqalib gəldikləri oyundan (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis milli komandamızdan fərqli oyun gözlədiyini bildirib: "Rəqibimiz yeni baş məşqçi ilə meydana çıxmışdı. Onlardan daha  istəkli  oyun gözləyirdik. Rəqib Bolqarıstanla oyunda daha aqressiv idi.   Biz isə adi oyunla yadda qaldıq. Qazandığımız üç qələbə qrupdan çıxmağımıza şans yaradıb”.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar