“Sent Etyen” “Qarabağ”a qalib gələcək” – “Dnepr”in baş məşqçisi

“Sent Etyen” “Qarabağ”a qalib gələcək” – “Dnepr”in baş məşqçisi
ÖLKƏ FUTBOLU 16 Noyabr 2014 / 18:30 9999
-  A +

“Dnepr” klubunun baş məşqçisi  Miron Markeviç komandasının Avropa Liqasının "pley-off" mərhələsinə çıxmaq şanslarını dəyərləndirib.


Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, “Dnepr” və “Sent Etyen”in şanslarını bərabər qiymətləndirən  təcrübəli mütəxəssis “Qarabağ”ın qrupda qalacağını ehtimal edib:

“Bizim “İnter”lə səfər oyunumuz var. Ona görə də ilk növbədə bu oyuna yaxşı hazırlaşmalıyıq. Hər şeyə son turdan sonra aydınlıq gələcək. Məncə, “Snent Etyen” öz meydanında “Qarabağ”a qalib gələcək. Bununla da ikinci yer uğrunda mübarizə bizimlə “Sent Etyen” arasında gedəcək”.
 
Xatırladaq ki, Noyabrın 27-də “Qarabağ” səfərdə “Sent Etyen”in, “Dnepr” isə “İnter”in qonağı olacaq.

Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar