Millimizin baş məşqçisi Mahmud Qurbanov "Avro-2016"nın seçmə mərhələsində Norveç yığması ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, o, uğurlu nəticə əldə edəcəklərinə ümid etdiyini deyib: "Xorvatiya və İtaliyaya məğlubiyyətdən sonra yenidən evdə oynayacağıq. Norveç millisinin nə qədər çətin və güclü rəqib olduğunu anlayırıq. Sabah yaxşı oyun göstərərək, uğurlu nəticəyə ümid edirik. Futbolçulara inamımız çoxdur. Sabahkı oyunda onlardan çox şey gözləyirik".
- Cəmi 1 oyunluq baş məşqçi olacaqsınız. Bu, sizin sabahkı matçda məsuliyyət yükünüzü azaltmır?
- Mən məsələyə fərdi yanaşmazdım. Çünki bu, milli komandadır. 1 oyunluq olsa da, millinin baş məşqçisiyəm. Arxayınçılıq yox, məsuliyyət hissi keçirirəm. Oyunun məsuliyyəti ağırdır.
- Yığmamız hər tsikldə bir sensasiya gerçəkləşdirir. Qələbə qazansanız, bu vəzifədə qalmaq şanslarınız arta bilərmi?
- Sabahkı oyuna proqnoz vermək düzgün çıxmaz. Bu suala cavab vermək tezdir. Məndə olan məlumata görə, hazırda baş məşqçi axtarışı gedir. Məqsədimiz yaxşı oynayaraq, qalib gəlməkdir.
- Milliyə təcrübəli sol cinah müdafiəçilərindən nə Elnur Allahverdiyevi, nə də Ufuk Budakı çağırmısınız. Bu mövqedə kimə üstünlük verməyi düşünürsünüz?
- Sol cinahda Maksim Medvedev də, Tərlan Quliyev də oynaya bilər. Kimin çıxış edəcəyi sabah bilinəcək. Bu cinahda bir problem görmürəm.
- 0:6 hesablı məğlubiyyətdən sonra komandada psixoloji hazırlıq hansı səviyyədədir?
- Sabahkı oyuna nikbin baxırıq. Futbolçulara inanırıq. Nə qədər çətin rəqib olsa da, Norveçi xalsız yola salmaq istəyirik. Futbolçular məsuliyyəti dərk edirlər. Düşünürəm ki, əhval-ruhiyyə yaxşıdır və futbolçularımız sabahkı oyuna hazırdırlar.
- Norveç yığmasının heyətində 15 yaşlı futbolçunun oynamasından xəbəriniz var?
- Əlbəttə, xəbərimiz var. Norveç millisini analiz etmişik və kimlərin oynadığını, hətta yaşlarını da bilirik. Bilirik ki, hər mövqedə təhlükəli oyunçularınız var. 15 nömrəli futbolçunuz, hücumda 10 nömrəli oyunçunuz bizə başağrısı ola bilər.
- Əvvəllər də bu rəqiblə seçmə tsikldə futbolçu kimi üz-üzə gəlmisiniz. Hansı fərq görürsünüz?
- Norveç 10 il əvvəlkindən fərqli oynayır. Əks-hücumda oynayırlar, top saxlayıb, hücum qururlar, biz isə mübariz və kollektiv futbol oynayacağımıza ümid edirik.
- Ön xətt futbolçularınızın sərbəst çıxış etmələrinə icazə verəcəksiniz?
- Müdafiə və yarımmüdafiədə taktiki baxımdan güclü oynamaq lazımdır. Hücumda cərimə meydançası qarşısında sərbəstlik vermək lazımdır.
- Milliləşdirilmiş legionerlərin əksəriyyətinin çağırılmamasının səbəbi nədir?
- Səbəb oyunları ilə bağlıdır. Bir müddət yığmaya dəvət aldılar və zəif təsir bağışladılar. Üzdə olan futbolçulara güvənmişik və çağırmışıq. Ola bilər ki, gələcəkdə çağıraq.
- Azərbaycanda "Eurovision”, yoxsa milli komanda daha məşhurdur (Norveçli jurnalistin sualı)?
- Sabah göstərərik ki, bizdə həm də milli komanda daha məşhurdur.
- Özünüz futbolçu kimi pleymeyker mövqeyində çıxış etmisiniz. Hazırda yığmada belə bir futbolçu görürsünüz?
- 3 oyunçudan birini həmin mövqedə görürəm. Dmitri Nazarov, Cavid İmamverdiyev və Araz Abdullayevdən belə oyunu gözləyirik. Düşünürəm ki, bunun öhdəsindən gələcəklər.
- Dayaq yarımmüdafiəçisi mövqeyinə "Qəbələ”də heç də zəif təsir bağışlamayan Elvin Camalovu dəvət etməyiniz mümkün idi?
- Sabah yoldaşlıq görüşü keçirməyəcəyik. Yoldaşlıq görüşü olsaydı, bir çox futbolçunu sınayardıq. Güclü rəqibə qarşı oynayacağıq. Bu gün dəvət alanlar sabahkı oyuna hazırdırlar.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib