"İndi millimizin işi bir qədər ağırdır. Bu gün komandamız gənc məşqçilərə tapşırılıb. Bu qısa zamanda onlardan çox şey gözləmək olmaz. Təsəvvür edin, Foqts altı il bu komandaya öz fəlsəfəsini yeridib. Bu fəlsəfəni futbolçuların beynindən çıxarmaq, yeni bir oyun sistemi formalaşdırmaq olduqca ağırdır. Bunun üçün zamana ehtiyac var. Ola bilər ki, Mahmud Qurbanov və Aslan Kərimov milliyə nəsə gətirsin. Ancaq qısa zaman kəsiyində böyük dəyişiklik etmək mümkün deyil".
Bu sözləri Qol.Az saytının müxbiri ilə söhbətində "Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev yığmamızın "Avro-2016"nın seçmə mərhələsində Bakıda Norveç millisi ilə qarşılaşacağı oyun haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis milli komandamızda xeyli problemlərin olduğunu bildirib. Bununla belə, o, qeyd edib ki, Norveçlə oyunda yaxşı nəticəyə ümid etmək olar. Hacıyev millimizin məşqçilərinə bır sıra məsləhətlər verib: "Xorvatiya ilə oyunda çox acı məğlubiyyətlə üzləşdik. Bu məğlubiyyətin təsirindən çıxmaq asan deyil. Bu gün komandamızın bir-iki problemi olsa, hamı Mahmud Qurbanovdan yaxşı nəticə tələb edər. Ancaq millimizin problemlərini saymaqla qurtarmaz. Hazırda millinin futbolçuları keçid dövrünü yaşayırlar. İndi onlara da ağırdır. Mən futbolçuları qınamıram. Ancaq bir üstünlüyümüz var ki, Norveçlə doğma meydanda oynayacağıq. Bundan əlavə məşqçi dəyişikliyi komandaya müsbət təsir edə bilər. Əgər Norveçlə oyunda müdafiəyə qapansaq, uduzacağıq. İlk dəqiqədən onlara başa salmaq lazımdır ki, bizim də qol vurmaq istəyindəyik. Bunun üçün ön xətdə kifayət qədər futbolçumuz var: Rauf Əliyev, Vaqif Cavadov, Vüqar Nadirov, Araz Abdullayev. Onların hər birinin qol vuran ayağı var. Foqtsun dövründə həmişə müdafiədən oynamışıq. Daha doğrusu, 11 futbolçudan 8-i müdafiəçi olurdu. Ancaq mənə elə gəlir ki, indi dəyişiklik olacaq. Bu gün Araz Abdullayev millidə pleymeyker kimi çıxış edir. Ancaq Arazla neçə illər bir yerdə işlədiyim üçün bilirəm ki, onun əsl mövqeyi yarımmüdafiənin sağ cinahıdır. Belə məsələlərdə bir az diqqətli olmaq lazımdır. Müdafiəçilərimizin hər birinə tapşırmaq lazımdır ki, oyun intizamını pozmasınlar, hücuma çox çıxmasınlar. Müdafiəçinin əsas vəzifəsi qol buraxmamaqdır. İki dayaq yarımmüdafiəçisinin biri dağıdıcı, biri isə yaradıcı olmalıdır. Bu gün Azərbaycanda belə oyunçular var. Təəssüflər olsun ki, Rəşad Sadiqov milliyə dəvət almayıb. Rəşad bu işin öhdəsindən çox yaxşı gəlirdi. Norveçlə oyundan istənilən nəticəni gözləmək olar. Futbol səhvlər oyunudur. Ən vacibi odur ki, məşqçi özünə və komandasına, futbolçular isə məşqçisinə inansın".
B.Hacıyev bir daha Foqtsun Azərbaycan millisindəki fəaliyyətini kəskin tənqdi edib: "Acınacaqlı hal odur ki, Foqts Maksim Medvedyevi dayaq yarımmüdafiəçisi kimi oynadırdı. Hansı ki, bu futbolçu Azərbaycanda ən yaxşı cinah müdafiəçilərindən biridir. Daim müdafiənin mərkəzində çıxış edən Bədavi Hüseynov cinah müdafiəçisi kimi çıxış edirdi. Elə buna görə də nəticələr qeyri-qənatbəxş olurdu. Söhbət 11 nəfəri meydana buraxmaqdan getmir. Bu futbolçuları meydanda elə düzmək lazımdır ki, bir-birinin oyununu tamamlaya bilsinlər. Kəmiyyətə yox, keyfiyyətə fikir vermək lazımdır. Foqts Azərbaycana ilk dəfə ayaq basanda hava limanında jurnalistlərə müsahibə verdi. Ona sual verildi ki, Azərbaycana gəlməkdə məqsədiniz nədir? Foqts isə açıq çəkildə dedi ki, bura qara ikra yeməyə gəlib. Bəli, Foqts 6 il qara ikrasını yedi və getdi. Elə həmin vaxt Foqtsu gəldiyi təyyarə ilə yola salmaq lazım idi. Çox təəssüf ki, bu gün nədənsə əcnəbi mütəxəsslərə maraq göstərirlər. Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycan futbolu inkişafdadır. Təkcə millinin nəticəsinə görə futbolumuzu tənqid etmək olmaz. Əgər inkişaf olmasaydı, vaxtilə Avroliqada bir mərhələ keçməyə həsrət qalan komandalar qrup mərhələsində oynaya bilməzdi. Mən "Neftçi" və "Qarabağ"ı nəzərdə tuturam. Bəyəm bu, inkişafdan xəbər verimir? Bizim millimizi bu günə qoyan Foqts və onun himayədarlarıdır. Milli komandamız yaradılan şəraitə görə Avropada bir komandadan geri qalırsa, onundan irəlidədir. Bunlar isə sərf Rövnəq Abdullayevin işidir. Milli oynaya bilmirsə, burda Rövnəq Abdullayevin heç bir günahı yoxdur".
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq