“Neftçi”nin baş məşqçisi Arif Əsədov bu gün “Bakı”ya qarşı keçirilən yoxlama oyunundan sonra Qol.Az saytının müxbirinin suallarını cavablandırıb.
- Komandanız 1:4 hesabı ilə uduzdu. Yəqin ki, oyununuzdan narazısınız...
- Düzdür oyun istədiyimiz kimi keçmədi, amma yaranan fasilədən maksimum istifadə etməyə çalışırıq. Hazırlığımızı iki həftəlik proqram əsasında apardıq. Birinci həftədə daha çox komandanın fiziki gücünün yaxşılaşdırılması üçün çalışdıq. Bu gün “Bakı” ilə yoxlama oyunundan sonra hazırlığımızı yekunlaşdırmağı nəzərdə tutmuşuq. Milli komandanın heyətindəki futbolçular da geri döndükdən sonra bütün diqqətimizi qarşıdan gələn çempionat oyunlarına yönəldəcəyik. Təbii ki, belə oyun və nəticə heç bir məşqçini razı sala bilməz. Amma bizim üçün bu gün əsas olan nəticə deyildi. Əsas məqsədimiz Azərbaycan çempionatında yaranmış fasilədən lazımınca istifadə etmək və əsas oyunlarda şans qazana bilməyən gənc futbolçuları sınaqdan keçirmək idi.
- Əvəzedici heyətdən meydana buraxdığınız futbolçuların oyunu sizi qane etdi?
- Bu görüşdə əsasən gənc futbolçulara şans verdik. Özlərini yaxşı tərəfdən göstərən futbolçular oldu. Bu gün Qross yaxşı təsir bağışladı. Onun oyununu bəyəndim, bir də Raili deyərdim, oyunu ilə bizi razı salmağı bacardı. Artıq bir neçə dəfədir ki, Rail əsas komanda ilə məşqlərdə iştirak edir və etimadımı doğruldur. Amma digər futbolçularla hələ işləmək lazımdır. Onların belə çətin mübarizəyə qoşulmaları üçün zamana ehtiyacları var. Gələcəkdə yəqin ki, onlar arasından da əsas heyətə qoşulan futbolçular olacaq.
-Belə böyük hesablı məğlubiyyət gözləyirdizmi?
- Əlbəttə, yox. Amma komandamız bir müddətdir ağır fiziki hazırlıq keçir. Bu gün yorğunluq hiss olunurdu. Bu nəticə də yorgunluğa görə oldu. Hər halda yoxlama oyununda bu nəticənin olması bir tərəfdən yaxşıdır ki, çempionatda belə halların təkrarlanmasına yol verməyək. Ona görə də komanda üzvləri ilə ciddi söhbətimiz olacaq.
- Milli komandaya çağırılan futbolçuların yoxluğu bugünkü oyunda “Neftçi”yə nə dərəcədə çətinlik yaratdı?
- Komandamız çempionatda keçirdiyi son dörd oyunda yaxşı nəticə qazanıb. Hazırlıq oyunlarına ehtiyac var, olmalıdır da. Amma tam heyətin olmaması oyunumuza təsir edir. Digər tərəfdən isə millidəki futbolçuların bu gün oynamaması gənclərin özlərini göstərməsi üçün bir şans idi.
- Erik Ramos rəqib futbolçu Nurlan Novruzu yumruqla vurmasına münasibətiniz necədir?
- Düşünürəm ki, lazımsız bir hərəkət idi. Bu məsələ ilə bağlı klub tərəfindən tədbir görüləcək. Elə cəza tədbirləri var ki, onu daxildə həll edirik. Ramos cəzasız qalmayacaq.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib