"Bu məğlubiyyətin heyfini Azərbaycandan çıxacağıq"

"Bu məğlubiyyətin heyfini Azərbaycandan çıxacağıq"
ÖLKƏ FUTBOLU 13 Noyabr 2014 / 12:13 6139
-  A +

Yoldaşlq oyununda  Estoniyaya məğlub olan (0:1) Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo qarşılaşmadan sonra görüş haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən təcrüəli mütəxəssis noyabrın 16-da  “Avro-2016”nın seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə keçiriləck oyundan da danışıb:

“Bu yoxlama matçı bizim üçün çox faydalı oldu. Estoniya ilə görüşün çətin olacağını bilirdik. Qapımızdan erkən qol buraxdıq. Komandam ikinci hissədə daha yaxşı təsir bağışladı. Bir neçə yüzfaizli qol imkanımız olsa da, istifadə edə bilmədik. Mən qətiyyən təəssüflənirəm. Növbəti oyunumuz Azərbaycan millisi ilə olacaq. İndi həmin qarşılaşma haqda düşünməliyik. Bu məğlubiyyəyin heyfini Azərbaycandan çıxacağımıza inanıram”.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan  - Norveç oyunu  saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər