"Qarabağ"lı futbolçu Avroliqada üçüncü oldu

"Qarabağ"lı futbolçu Avroliqada üçüncü oldu
ÖLKƏ FUTBOLU 11 Noyabr 2014 / 13:24 8514
-  A +

Rusiyanın məşhur sports.ru saytı ötən həftə keçirilən Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı beş qolunu müəyyənləşdirib.

Qol.Az-ın xəbərinə görə, ilk beşlikdə “Qarabağ”ın futbolçusu Leroy Corc da yer alıb. Onun Bakıda “Dnepr”in qapısına vurduğu qolu ruslar ən yaxşı üçüncü qol kimi dəyərləndiriblər, Siyahıda birinci yeri isə “Sevilya” – “Standard” matçında meydan sahiblərinin gözəl kombinasiyadan vurduğu qol tutub. “Volsfburq” “Krasnodar” matçında Vandersonun (“Krasnodar”) vurduğu qol ikinci olub.

Üçüncü yeri qeyd etdiyimiz kimi, Leroy Corc, dördüncü yeri “Sürix” – “Vilyareal” matçında “Sürix”in gözəl kombinasiyadan vurduğu qol, nəhayət, beşinci yeri isə “Napoli” – “Yanq Boyz” matçında de Quzmanın (“Napoli”) aşırma zərbəylə vurduğu qol tutub.


Leroy Corcun “Dnepr”ə vurduğu qol

Daha çox


Son xəbərlər