"Avro-2016"nın seçmə mərhələsində evdə Norveçlə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışı davam edir.
Qol.Az-ın məlumatına görə, yığmamız toplanış çərçivəsində bu gün yoxlama matçında qüvvəsini sınayıb.
Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda 21 yaşadək futbolçulardan ibarət millimizlə qarşılaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüşdə əsas millimiz qələbə qazanıb - 4:2.
Qeyd edək ki, noyabrın 16-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq.
9 noyabr
Yoxlama oyunu
Azərbaycan - Azərbaycan U-21 - 4:2
Qollar: Mahir Şükürov, 24-pen (1:0), Namiq Ələsgərov, 29 (1:1), Rauf Əliyev, 38 (2:1), Araz Abdullayev, 51 (3:1), Namiq Ələsgərov, 60-pen (3:2), Məhəmməd Qurbanov, 87 (4:2)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev