"Qarabağ"la oyun həlledici olacaq" - "Sent Etyen"in futbolçusu

"Qarabağ"la oyun həlledici olacaq" - "Sent Etyen"in futbolçusu
ÖLKƏ FUTBOLU 8 Noyabr 2014 / 16:41 5662
-  A +

“İnter”lə oyunda hər iki komandanın qalib gəlmək şansları var idi. Hətta ilk hissədə rəqib hesabı 0:2 edə bilərdi. Biz isə ikinci hissədə daha inamlı təsir bağışladıq. Ancaq doğma meydanda “İnter”ə qalib gəlməli idik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasını qrup mərhələsindəki rəqiblərindən olan “Sent Etyen” klubunun futbolçusu Fabien Lemuan  İtaliya “İnter”i ilə oyun (1:1) haqda danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən fransız yarımmüdafiəçi “pley-off”a adlamaq şanslarından və növbəti turda “Qarabağ”la qarşılaşacaqları oyundan da danışıb: “Dnepr”in “Qarabağ”a qalib gəlməyi bizi ikinci pilləyə yüksəltdi. Ancaq üç komandanın dörd xalı var. Bu isə hər üç komandanın “pley-off”a çıxmaq şansının olduğunu göstərir. Qarşıda iki vacib oyunumuz var. Birinci matçımız doğma meydanda “Qarabağ”a qarşı olacaq. Bu görüş qrupdan çıxmaq baxımından həlledici olacaq".

Xatırladaq ki, “Snet Etyen” – “Qarabağ” matçı noyabrın 27-də, Fransada keçiriləcək.

Daha çox


Son xəbərlər