Ötən gün UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununu stadionda izləyərkən üzərinə darvaza aşan Samir Miriyev üçün həyatı təhlükə yoxdur.
"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun anspress-ə verdiyi məlumata görə, o bu gün gecə saat 3-ə qədər xəstənin yanında olub.
Bu səhər isə klubun baş məşqçisi Qurban Qurbanov Samir Miriyevə baş çəkib. Onun kəllə-beyin travması aldığı, omba və diz sümüyünün sındığı bildirilir. Hazırda o, reanimasiyaya yerləşdirilib. Bu gün xəstənin əməliyyat edilib-edilməyəcəyinə qərar veriləcək. Müalicə və əməliyyatın bütün xərclərini "Qarabağ" futbol klubu rəhbərliyi öz üzərinə götürüb.
Xatırladaq ki, ötən gün Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı bədbəxt hadisə qeydə alınmışdı. Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb. Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı