"Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq" - Muarem

"Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq" - Muarem
GÜNDƏM 7 Noyabr 2014 / 03:19 4687
-  A +

"Oyuna çox yaxşı başladıq. Bəlkə də ən yaxşı oynadığımız vaxt qol buraxdıq. Lakin həvəsdən düşmədik. Cərimə zərbəsindən qol da vurduq".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "Dnepr"lə görüşdən (1:2) sonra deyib.

Makedoniyalı futbolçu qarşıdakı oyunlarda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib: "ilk hissədə Reynaldoya qarşı kobudluq olsa da, hakimin fiti susdu. Səbəbini hakimdən soruşdum. O, görmədiyini bildirdi. Mən beşinci hakim amilini xatırlatsam da, cavab ala bilmədim. 

İkinci hissədə daha çox müdafiədən oynayırdıq. Arıdıcıl səhvlərə yol verdik. Kaş ki, belə olmasaydı. Qarşıda "Sent-Etyen" və "İnter"lə oyunlarımız var. Bu görüşlərdə bunun əvəzini çıxmağa çalışacağıq".

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə