Almanlar "Qalatasaray" azarkeşlərini zopa ilə döydülər

Almanlar "Qalatasaray" azarkeşlərini zopa ilə döydülər
GÜNDƏM 5 Noyabr 2014 / 13:28 5910
-  A +

Çempionlar Liqasının qrup mərhələsində dünən keçirilən "Borussiya" - "Qalatasaray" matçından sonra hər iki komandanın azarkeşləri arasında insident yaşanıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,"Cim-Bom" azarkeşləri bir qrup Dortmund azarkeşləri tərəfindən hücuma məruz qalıblar. "Borussiya"lı fanatlar əllərindəki zopa ilə türk azarkeşlərin olduğu tribunaya gedib və onlar döyüb. Alman polisinin müdaxiləsindən sonra davanın daha da böyüməsinin qarşısı alınıb.

İnsident zamanı bəzi azarkeşlərin yaralandığı bildirilib.

Qeyd edək ki, "Borussiya" - "Qalatasaray" oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər