"Qarabağ" yaxşı komandadır. Ancaq "Dnepr" əvvəlki oyundakı məğlubiyyətin əvəzini çıxmalıdır. Bu, komandanın nüfuzundan asılıdır. Komandamızdan yalnız qələbə gözləyirik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr" klubunun sabiq müdafiəçisi Sergey Matyukin Ukrayna mətbuatına açıqlamasında deyib.
Matyukin Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda "Qarabağ"la qarşılaşacaq "Dnepr" klubunun daxilində problemlər olduğunu bildirib: "Qarabağ"la ilk oyunda nələr baş verdiyini izah etmək çətindir. Rəqibi qiymətləndirməmələri haqda danışmağa dəyməz. Məncə, komandanın daxilində problemlər var. Təki, mən yanılım, ancaq futbolçuların gözündə qığılcım görmürəm.
"Dnepr"in futbolçuları verdikləri müsahibələr və açıqlamalarında artıq hər şeyin itirildiyini bildirirlər. Ümid edirəm ki, məşqçilər heyəti və futbolçular vəziyyətdən çıxış yolu tapmağın vacib olduğunu anlayırlar. Baş məşqçi Miron Markeviçin fikirlərini oxudum. O, əsas hədəflərinin ölkə çempionatı olduğunu bildirib. Lakin düşünmürəm ki, "Dnepr" "Qarabağ"a məhz bu səbəbdən uduzdu. Təcrübəmdən də bilirəm ki, futbolçular bütün turnirlərdə, hər oyunda maksimum nəticə qazanmağa çalışırlar".
Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı