Bakının “İnter” klubu ardıcıl 3 oyunda qolsuz heç-heçə etməklə diqqət mərkəzinə düşüb.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının VIII turunda “Simurq”, IX turunda “Neftçi” ilə 0:0 hesablı heç-heçə edən paytaxt təmsilçisi X turda “Qarabağ”la matçdan qolsuz “sülh”lə ayrılıb.
Ardıcıl 3 görüşdə qol vurmadan 1 xal qazanmaq “İnter”in tarixində ilk belə haldır. Lakin ardıcıl üç 0:0 hesabına imza atmaq Azərbaycanda görünməmiş hadisə deyil. Sonuncu belə hal təxminən yarım il əvvəl qeydə alınmışdı. “Rəvan”, “Simurq” və “Neftçi” ilə görüşlərdə 1 xal qazanan AZAL nə qol vurmuşdu, nə də buraxmışdı. Buna ötən mövsümün sonunda – 32-34-cü turlarda təsadüf olunmuşdu.
Ümumiyyətlə isə “İnter”dən əvvəl 11 dəfə bir komanda ardıcıl üç dəfə 0:0 hesabı ilə kifayətlənib. 0:0-lar üzrə rekordlar digər paytaxt klubları AZAL (2005/06, 2006/07, 2013/14) və “Neftçi”yə (1994/95, 2008/09, 2009/10) məxsusdur. Onların hərəsi 3 belə seriyaya malikdir. “Qarabağ” (1997/98, 2009/10) iki, “Karvan” (2009/10), “Turan” (1996/97) və “Xəzri” (1994/95) hərəyə 1 dəfə qolsuz oyunların sıralamasını 3-ə çatdırıb. Lakin indiyədək 4-ə çatan olmayıb ki, seriyası davam edən “İnter” bu görünməmiş nəticəni gerçəkləşdirə bilər.
“İnter” ardıcıl heç-heçə seriyası isə 4-ə çatıb. Belə ki, qolsuz başa çatan 3 görüşdən öncə bakılılar AZAL-la 1:1 hesabı ilə ayrılmışdı. Heç-heçə seriyalarında Azərbaycan çempionatlarının rekordu isə 5-ə bərabərdir. “Neftçi” 1993/94 və 2010/11, “Qarabağ” 1999/2000, “Kəpəz” 2010/11 mövsümlərində 5 ardıcıl qarşılaşmada 1 xal əldə edib. “İnter” 5 dəfə qeydə alınan rekordu təkrarlamaq üçün 1 heç-heçə etməlidir.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov