“Klublarımızın avrokuboklardakı mübarizəsini maraqla izləyirəm. Ən yaxşı nəticəni isə “Qarabağ”dan gözləyirəm”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq üzvü Vidadi Rzayev deyib.
Hazırda “Kəpəz” klubunu çalışdıran veteran futbolçu komandalarımızın avrokuboklardakı çıxışını dəyərləndirib. İlk olaraq Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”dan danışan mütəxəssis hər il olduğu kimi bu il də komandamızın uğur qazanacağına ümid etdiyini bildirib:
“Qarabağ” II təsnifat mərhələsində həm səfərdə, həm də öz meydanında çox yaxşı təsir bağışladı. Ancaq növbəti mərhələdə “Zalsburq”la oyun çətin olacaq. Çünki Avstriya çempionu son illərdə ən yaxşı dövrünü yaşayır. Bu ilin yanvar ayında yoxlama oyununda “Bavariya”ya 3:0 hesabı ilə qalib gəliblər. Həqiqətən “Zalsburq” yaxşı komandadır. Heyəti tam komlektləşib. Buna baxmayaraq “Qarabağ”a inanmaq lazımdır. Komandamız güclü rəqiblərin öhdəsindən gələ bilir. Avroliqada “Rosenburq”, “Visla” kimi komandaları məğlub etmişik. Məncə, “Qarabağ” “Zalsburq”la başabaş mübarizə aparacaq. “Zalsburq”u “Ayntraxt”la müqayisə etmək olar. “Qarabağ” ötən il Avroliqada hər iki oyunda “Ayntraxt”a uduzsa da, yaxşı təsir bağışlamışdı. Həm də unutmayaq ki, “Qarabağ” indi daha güclüdür”.
V.Rzayev Avroliqada III təsnifat mərhələsinə yüksəlmək üçün mübarizə aparan “Neftçi” və “İnter” klublarının növbəti mərhələyə adlamaq şanslarından danışıb: “Neftçi”yə çox çətin olacaq. Mərhələ adlamağı inandırıcı deyil. Komandamız ilk oyunda işini çətinə saldı. “Neftçi”nin bu gün səfərdə “Koper”ə qalib gələcəyinə inanmıram.
“İnter”in isə bu gün “Elfsborq”u məğlub edib, mərhələni keçəcəyinə şübhəm yoxdur. Kaxaber Sxadadzenin komandası ardıcıl üç oyunda qalib gəlir. Həm səfərdə, həm də ev oyununda eyni güclə çıxış edir.
“Qəbələ” məni məyus etdi. Bu komandamızın ilk turdaca mübarizəni dayandırmağı gözlənilməz oldu. 2005-ci ildə mən “Neftçi”də çıxış edərkən Çempionlar Liqasında “Şiroki Brieyq” komandasını mübarizədən kənarlaşdırmışdıq. “Qəbələ” də bunu bacara bilərdi”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video