"Mənim "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovla, yaxud baş məşqçi və texniki heyətlə heç bir problemim yoxdur. Belə bir halın yaşanması mümkün deyil. Bəli, əvvəllər də istefa vermişəm. Ancaq klub prezidenti xahiş edib ki, müəyyən məsələlərdə "Neftçi"yə öz köməyimi əsirgəməyim. Bu dəfə isə fikrim qəti oldu".
Qol.Az saytına açıqlamasında bu sözləri "Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov istefası ilə bağlı danışarkən deyib.
“Neftçi” klubu rasmi saytı vasitəsi ilə məlumat yayaraq T.Süleymanovun istefasının qəbul olunduğunu açıqlayıb.
O, "Neftçi"də çalışdığı dövrdə qazanılan uğurları bir daha xatırladıb və klubdan gedişinin səbəblərindən danışıb: "Neftçi"də işlədiyim dövrdə qazandığımız uğurlar göz qabağındadır. Bu gün bütün klublarımızın arzusu avrokuboklarda qrup mərhələsinə düşməkdir. Bizim dövrümüzdə "Neftçi" bu uğura nail oldu. Qarşımıza böyük hədəflər qoymuşduq. Həm ölkə çempionatında, həm də avrokuboklarda layiqli çıxış etmək istəyirdik. Gördüyünüz kimi, dörd il ərzində bir sıra nailliyətlər qazandıq. Yəni "Neftçi"yə bu hədəflərə çatmaq üçün gəlmişdim. Çünki mən futbol adamıyam, vəzifə sahibi olmamışam. Sıradan biri deyiləm. Kluba gəldiyim andan müəyyən ideyaları həyata keçirdik. Avroliqanın qrup mərhələsinə düşdükdən sonra hədəf Çempionlar Liqasının qrupu olmalı idi. Minumum Avroliqanın qrup mərhələsində oynamalı idik. Çox təəssüf ki, müəyyən obyektiv və subyektiv səbəblərdən son iki mövsümdə istəyimizə nail ola bilmədik.
Artıq "Koper"lə Bakıdakı oyun mənim üçün son hədd idi. Bu məğlubiyyətdən dərhal sonra istefa verdiyimi bütün ictimaiyyətə bəyan etdim. Həmin gün klub prezidenti Sadıq Sadıqov bildirdi ki, sənin bu uğursuzluqda heç bir günahın yoxdur, buna məşqçilər korpusu cavabdehdir. Ancaq "Neftçi" kimi bir komandanın 1-2 milyon avro büdcəsi olan "Koper"ə öz meydanında məğlub olması qəbulolunmazdır. Şəxsən mən bunu qəbul etmədim və getmək haqda qərar verdim. İstefa verməyin özü mədəniyyət və cəsarət tələb edir. Bundan sonra "Neftçi"də çalışacaq insanlara ancaq uğurlar arzu edirəm. İnanıram ki, "Neftçi" "Koper"lə cavab oyununda öz gücünün 70 faizini ortaya qoya bilsə, mərhələni keçəcək".
T.Süleymanov hələlik futbol sahəsində çalışmaq istəmədiyini söyləyib: "Hazırda bu barədə düşünmürəm. Çünki beş ilin nəticələrinin qarşısında mənəvi və fiziki yorğunluğum var. Bizim taleyimizə futbol yazılıb. Ömrümüzün sonuna qədər futboldayıq. Hər şeyi zaman göstərəcək. Ən önəmlisi odur ki, Azərbaycan klubları inkişaf etsin. Bu yolda heç vaxt öz əməyimi əsirgəməmişəm. Bundan sonra da kömək etməyə hazıram. Təki futbolumuz inkişaf etsin".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video