Futbol həm də əsl kişi oyunudur. Dünya çempionatının gedişatı zamanı biz bir neçə dəfə bunun şahidi olduq.
Qol.Az saytı xəbər verir ki, uruqvaylı Alvaro Pereyranın başına zərbə dəyərkən həkimlər futbolçuya kömək etmək qərarına gəlir. Lakin onları görən futbolçu çevrilərək meydana qayıdır.
Matç zamanı başının yarılmasına baxmayaraq, Dirk Kuyt Braziliya ilə oyunda sonadək meydanda olur və... DÇ-2014-ün bürünc medalını qazanır.
Kolumbiya millisinin baş məşqçisi Xose Pekerman 43 yaşlı Fərid Mandraqona oynamaq şansı verir. Bununla da Mandraqonun mundiallar tarixində çıxış etmiş ən yaşlı futbolçu adını qazanmasında müstəsna xidmət göstərir. Bu turnirdən sonra Mandraqon futbolçu karyerasını başa vurdu. 
Corco Kyellini onu dişləyən Luis Suaresə FİFA tərəfindən ağır cəza verildiyini eşidən kimi “FİFA-nın qərarı sərtdir” sözlərini deməklə uruqvaylı oyunçunu müdafiə edir.
Yunanıstan milli komandası pley-offa vəsiqə qazansa da, dövlət tərəfindən onlara vəd olunan mükafatdan imtina edir.
Dodağı partlasa da, argentinalı Pablo Sabaleta Hollandiya ilə yarımfinal matçını sona qədər oynayır. 
Həmin oyunda Argentinanın başqa bir futbolçusu Xavyer Maskeranonun başında ağır zərbə dəysə də, o, oyunu sona qədər davam etdirdi. Matçın sonlarında isə Robbenin qapıya vurduğu təhlükəli zərbəni zərərsizləşdirdi.

... Və Bastian Şvaynştayger. Gözünün altından aldığı ciddi zədəyə baxmayaraq, sonadək meydanda olur. Onun da sayəsində Almaniya dünya çempionu adının qazanır.

"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi