Argentinanın prezidenti Kristina Fernandes Braziliyada təşkil olunan dünya çempionatının heç bir matçını izləməyib.
Qol.Az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumatına görə, ölkə prezidenti səhhətindəki problem səbəbindən "DÇ-2014"ün finalında keçirilən Almaniya - Argentina matçını da stadiondan canlı izləmək üçün Braziliyaya gedə bilməyib.
"Mundialın heç bir oyununu izləmədim, hətta final matçını da. Hər kəs bilir ki, futbol azarkeşi deyiləm. Almaniya ilə oyundan sonra baş məşqçi Alexandro Sabelyaya zəng vurdum. Çünki istənilən halda komandanı qalib hesab edirəm. Əminəm ki, təkcə mən yox, 40 milyon argentinalı da belə düşünür".
Argentina prezidentinin bu sözləri ölkədə birmənalı qarşılanmayıb. Bir azarkeş "tvitter" sosial şəbəkəsindəki səhifəsində belə yazıb: "Ölkədə yoxsulluq var, amma o bunu görmür. Təhlükəsizlik xidməti yoxdur, ancaq o bunu görmür. Dünya çempionatı var, o bunu da görmür. Açıq-aydın Fernandesin görmə ilə bağlı problemi var".
Qeyd edək ki, dünya çempionatının finalında Almaniyaya 0:1 hesabı ilə məğlub olan Argentina millisi mundialı gümüş medalla başa vurub.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi