“İnter”in futbolçusu Baçana Sxadadze Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Tiraspol" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarənı cavablandırıb.
Qol.Az-ın məlumatına görə, gürcüstanlı hücumçu mərhələ adladıqları oyun və növbəti turda qarşılaşacaqları İsveçin "Elfsborq" komandası haqda danışıb.
- Oyuna istədiyimiz kimi başlamadıq. Ancaq tədricən nəzarəti ələ aldıq. Düşünə bilərsiniz ki, “Tiraspol” azlıqda qalmasaydı, qalib gəlməyəcəkdik. Ancaq nəzərə almaq lazımdır ki, rəqibi azlıqda qalmağa oyunumuzla məcbur etdik.
- Qapıda meydan oyunçusu dayansa da, penaltini dəqiq yerinə yetirə bilmədin...
- Karyeramda ilk dəfə idi ki, meydan oyuçusu dayanan qapıya penalti vururdum. Maraqlıdır ki, bu həm də ilk penalti idi ki, dəqiq yerinə yetirə bilmədim. Əslində qapıda qapıçı dayansaydı, mənə daha rahat olardı. Fikirləşəndə ki, sənin zərbəni qapıçı yox, oyunçu qaytaracaq...
- Bu oyunla komandanız Avroliqada nə qədər irəliləyə bilər?
- "Tiraspol"la oyunlarımız göstərdi ki, daha da artırmalıyıq. Əsas odur ki, növbəti mərhələyə adlamışıq. Oyunumuzu təkmilləşdirsək, daha da irəli gedəcəyik.
- "Tiraspol"la oyunda sizi heç-heçə də qane edirdi. Bunu düşünürdünüz, yoxsa, qələbəyə oynayırdınız?
- Təbii ki, öz meydanımızda qələbə qazanmaq vacib idi. Bu, bizə hərtərəfli lazım idi. Buna görə də ilk dəqiqələrdən hücumda oynadıq. Stadiona gələn azarkeşlərə qələbə sevinci yaşatmaq istəyirdik. Sevinirəm ki, bunu bacardıq. Fanatlarımıza da təşəkkür edirəm ki, bizi yaxşı dəstəklədilər.
- Növbəti mərhələdə İsveçin "Elfsborq" klubu ilə qarşılaşacaqsınız. Bu komanda haqda nə deyə bilərsən?
- Hələ ki, "Elfsborq" haqda geniş məlumatımız yoxdur. Çünki ilk növbədə "Tiraspol"u keçməli idik. Onları öyrənməyə çalışacağıq. Onu deyə bilərəm ki, "Elfsborq" daha çətin rəqibdir.
- Yəni “Tiraspol”dan güclüdür?
- Ola bilər. Çünki bu komanda ardıcıl neçə ildir ki, avrokuboklarda çıxış edir. Buna görə də heyətlərində Avroliqa təcrübəsi olan futbolçular çoxdur. Bu görüşə daha ciddi hazırlaşmalıyıq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"