"Qəbələ” klubunun yeni transferi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ”yə keçməzdən əvvəl “İnter”lə müqavilə imzalayacağını demişdin.
- Bəli, “İnter”lə müqvilənin şərtləri barədə də razılaşmışdım. Sadəcə olaraq “İnter”də Elvin Məmmədovla mübarizə aparmaq istəmədim. Elvinlə yaxın dostuq. “Bakı”da da onunla eyni mövqedə oynayırdıq. İstəmədim ki, “İnter”də bir-birimizə rəqib olaq. Düzdü, bu qərarı verməkdə çox çətinlik çəkdim, xeyli fikirləşdim. “Qəbələ”yə keçdiyim üçün peşman deyiləm. Hələ ki, hər şey yaxşıdır.
- Daha əvvəl “Qəbələ”dən təklif almışdın?
- Demək olar ki, hər şey eyni gündə baş tutdu. “Qəbələ”dən zəng gəldi. Mən isə çox düşünmədim.
- “Bakı” ilə müqavilən var idi. Klubdan hansı şəkildə ayrıldın?
- Klubun mənə olan borcunu istəmədim. Əvəzində transfer vərəqəmi götürüb “Bakı”nı tərk etdim. Belə razılığa gəldik. Başqa yol yox idi.
- “Qəbələ” Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda doğma meydanda “Şiroki Brieyq” klubuna 0:2 hesabı ilə uduzdu. Çoxları “Qəbələ”nin mərhələ keçmək şansının olmadığını deyir. Sən necə düşünürsən?
- Futbolda hər şey mümkündür. 3:0 hesablı məğlubiyyətdən sonra da nəticəni öz xeyrinə dəyişmək olar. Sadəcə, ruhdan düşməməlisən. Hər bir futbolçu özünə və komandasına inanmalıdır. Həmçinin, verilən tapşırıqları düzgün yerinə yetirməklə sərfəli nəticə qazanmaq olar. Hazırda yoldayıq, Bakıya gedirik. Bu gün Bosniya və Hersoqovinaya yollanacağıq. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza ümidimiz var.
- Cavab oyununda meydana çıxa bilərsən?
- Qaydalara əsasən oynayıb-oynamayacağımı deyə bilmərəm. Tam formada deyiləm. Ancaq komanda ilə birgə olacam.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi