“Bakı” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Mətbuatda “Xəzər Lənkəran”a keçəcəyin haqda xəbərlər yayılıb.
- Hələ ki, “Bakı”dan transfer vərəqəmi ala bilməmişəm. Ona görə də heç bir klubla müqavilə bağlaya bilmərəm. “Bakı” artıq altı aydır ki, məni get-gələ salıb. Transfer vərəqəmi verəcəklərini vəd etsələr də, məsələ uzanır.
- Transfer vərəqəni alsan, “Xəzər Lənkəran”a keçəcəksən?
- Mən “Xəzər Lənkəran”la maraqlanmıram. Fikrim ölkə xaricində oynamaqdır. Ola bilər ki, “Xəzər Lənkəran” mənə təklif göndərsin. Ancaq karyeramı xarici ölkələrin birində davam etdirmək istəyirəm.
- Hansısa xarici klubdan təklif almısan?
- Bəli, Türkiyə superliqasında mübarizə aparan klubların birində oynaya bilərəm. Hazırda konkret olaraq bunun üzərində işləyirəm. Türkiyənin birinci liqa təmsilçilərindən də təklif təklif almışam. Ancaq aşağı dəstədə oynamaq fikrim yoxdur. Alınsa, superliqada oynayacam. Ancaq qeyd etdiyim kimi, bunun üçün ilk növbədə “Bakı”dan transfer vərəqəmi almalıyam.
- “Bakı” transfer vərəqəni vermək istəmir?
- Məsələ ilə bağlı mən də sizin qədər məlumatlıyam. Hələ bilinmir ki, “Bakı” dağılacaq, yoxsa qalacaq. Bizə də bir söz deyən də yoxdur. Ortada qalan biz futbolçularıq. Komandalar artıq təlim-məşq toplanışından qayıdır. Biz isə... Bir az da gözləsəm, təklif aldığım klub da məndən imtina edə bilər.
- Bəs, hansı addımı atmaq fikrindəsən?
- Necə addım atmalı olduğumu bilirəm. AFFA-ya şikayət edə bilərəm. Ancaq istəmirəm ki, məsələni şişirdim. “Bakı”nın mənə xeyli borcu var. O pulları da onlara halal edirəm. Təki məni buraxsınlar ki, özümə bir klub seçim. İyun ayının 15-də ya “Bakı”da olan problemlər aradan qalxmalı, ya da transfer vərəqəmizi verməli idilər. Artıq iyulun 6-sıdır. Ancaq hələ də gözləyirik. Nə qədər adama söz verərlər?
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi