Avropa Liqasının birinci təsnifat mərhələsində baş tutan “Qəbələ” – “Şiroki Briyeq” (0:2) matçını canlı izləyən milli komandamızın məşqçisi Mahmud Qurbanov görüşdən sonra Qol.Az saytına qarşılaşma haqda müsahibə verib.
- Təmsilçimiz debüt oyununda uğursuz çıxış etdi. Görüş haqda fikrilərinizi bilmək istərdik.
- “Qəbələ”nin Avroliqada ilk oyunu olduğu üçün stadionda bayram ab-havası var idi. Təəssüf ki, komandamız yaxşı təsir bağışlamadı. Düzdür, baş məşqçi yenidir, bir neçə aparıcı futbolçusu komandanı tərk edib. Ancaq bu, əsas vermir ki, komanda ilk təsnifar mərhələsində, öz meydanında uduzsun. Ümumiyyətlə, “Qəbələ” öz günahı ucbatından – oyuna yaxşı hazırlaşmadığı üçün uduzdu.
- Rəqibin aşkar üstünlüyünü demək olar?
- Mən belə deməzdim. Çünki “Şiroku Briyeq” də güclü komanda deyil. Yəni rəqib yaxşı oynamadı, “Qəbələ” pis çıxış etdi.
- “Qəbələ”nin oyununda hansı çatışmazlıqları müşahidə etdiniz?
- İlk növbədə xətlər arasında əlaqənin olmaması hiss olunurdu. Futbolçular bir-birini başa düşmürdü. Hücuma gedəndə müdafiəyə çox gec qayıdırdılar. Eləcə də hücuma gec qoşulurdular. Hiss olunurdu ki, komanda bir yerdə az məşq edib.
- “Qəbələ”nin heyətində milli komandamızın bir neçə üzvü oynayır. Onların çıxışı necə, sizi qane etdi?
- Onların oyunundan razı qala bilmərəm. Çünki Elnur Allahverdiyev, Kamran Ağayev, Vladimir, Levin və Ruslan Abışov digər komanda yoldaşlarından fərqlənmədilər. Yəni onlar da heç nə ilə yadda qalmadılar.
- “Qəbələ”nin mərhələ adlayacağına çoxları inanmır.
- “Qəbələ” öz meydanında uduzub deyə əllərini aşağı salmalı deyil. Əksinə çalışmalıdırlar ki, burdakından daha yaxşı oynasınlar. İlk növbədə komandamız xarakter göstərməlidir. Düşünmürəm ki, cütün taleyi həll olunub. Sadəcə “Qəbələ” toparlanmalıdır. İlk oyunu unudmaqla, çatışmazlıqları aradan qaldırmaqla cavab qarşılaşmasında yaxşı nəticə qazanmaq mümkündür.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi