Milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Vaqif müəllim, bildiyimizə görə, AZAL-dan ayrıldıqdan sonra səhhətinizdə yaranan problemlə bağlı bir müddət müalicədə olmusunuz. Hazırda səhhətiniz necədir?
- Özümü normal hiss edirəm. Bu yaxınlarda Türkiyədə yenidən müayinə olundum. Həkimlər bildirdilər ki, hər şey qaydasındadır. Hazırda dincəlirəm.
- Yaxın vaxtlarda yenidən hansısa klubu çalışdırmağa hazırsınız?
- Həyatımı futbola sərf edən bir insanam. Futbolla yaşayıram. Heç kim xəstəlikdən sığortalanmayıb. Hər şey müvəqqətidir. Ancaq Azərbaycan futboluna xidmət etməyə hazıram.
- Klublarımızdan “Qəbələ” və “İnter” sabah Avroliqada mübarizəyə qoşulacaqlar. İlk rəqibləri normal saymaq olar?
- Avropada milli və klub səviyyəsində zəif rəqib görmürəm. Hazırda davam edən dünya çempionatı onu göstərir ki, bütün dünya futbol oynamağı bacarır. Kimsə düşünməsin ki, hansısa komanda digərindən qat-qat üstündür. Hazırda klublarımızı ilk təsnifat mərhələsində favorit göstərmək olar. Ancaq bu o demək deyil ki, bununla iş bitir. Düzgün hazırlıq keçməklə, rəqibi düzgün təhlil etməklə lazım olan nəticəni qazanmaq olar. İnanıram ki, hər bir klubumuzda peşəkarlıq hökm sürür.
- Bu iki komandamızdan nə gözləmək olar?
- Son ölkə çempionatı göstərdi ki, həm “Qəbələ”, həm də “İnter” özünəməxsus futbol sərgiləyir. Həmişə demişəm ki, uğura gedən yol bir neçə amillərdən asılıdır. İndi həmin amillərin hamısı klublarımızda var. Artıq vaxt çatıb ki, hər bir klubumuz qarşısına ən böyük hədəfi qoysun. Qeyd etdiyim kimi, dünya çempionatı onu göstərdi ki, heç bir komanda adlı-sanlı rəqibindən çəkinmir. Avroliqada iştirak edən hər üç klubumuzda kifayət qədər imkan var ki, Avropada öz sözlərini desinlər.
- “Qarabağ” isə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Maltanın “Valletta” klubu ilə qarşılaşacaq. Siz də bir çox futbol mütəxəssisləri kimi “Qarabağ”ın qrup mərhələsinə düşəcəyini gözləyirsiniz?
- “Qarabağ” çoxdandır ki, Çempionlar Liqasının arzusunda idi. Bir neçə dəfə Avroliqanın play-off mərhələsinə qədər irəliləsələr də qrup mərhələsinə düşə bilmədilər. Ancaq komanda qrup mərhələsində oynamağa layiq olduğunu oyun baxımından bir neçə dəfə sübut edib. Bəxt amili imkan vermirdi ki, “Qarabağ” bunu bacarsın. Hesab edirəm ki, “Qarabağ” hazırda əvvəlki illərdən qat-qat üstündür. Ona görə də ən böyük ümidlərimiz elə “Qarabağ”adır. İnanıram ki, “Qarabağ” ÇL-da ilk ilindəcə qrup mərhələsinə vəsiqə qazanacaq və bütün Avropaya Qarabağ Azərbaycanın olduğunu bir daha təsdiq edəcək.
- Hazırda Braziliyada keçirilən dünya çempionatı haqda da fikirləriniz maraqlı olardı.
- Hələ çempionat başlamamışdan əvvəl mütəxəssislər bildirmişdilər ki, futbolun inkişaf etdiyi bir dövrdə bu və ya digər komandalar favoritdir. Ancaq biz tamamilə fəqli bir mənzərinin şahidi oluruq. Yəni ümumiyyətlə favorit sayılmayan, final mərhələsinə çox çətinliklə vəsiqə qazanan komandalar əsl favoritlərə çevrildilər. Buna misal kimi Kolumbiyanı göstərmək olar. Təəssüf ki, 1/4 finalda Braziliya ilə qarşılaşacaqlar. Kolumbiya 1/4 finalda istənilən rəqiblə başabaş mübarizə apara bilər. Fikir verin, Kolumbiya yeganə komandadır ki, bu mərhələyə qədər qapısından cəmi bir qol buraxıb. Uzun marafonda az qol buraxmaq çox qol vurmaqdan önəmlidir. Belə yarışlarda etibarlı oyun sərgiləmək çox vacibdir. İstər-istəməz xoşbəxtliyini də hücum xəttində axtarmalısan.
Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Hələ 2-3 il bundan əvvəl kosta-rikalı futbolçular menecerlər tərəfindən bizim klublara təklif olunurdu. Ancaq o vaxt biz onları bəyənmirdik. Bu gün isə Kosta-Rika DÇ-ın ən güclü səkkiz komandasından biridir. DÇ onu göstərir ki, zəif komanda yoxdur. Futbol çox inkişaf edib. Bu inkişafdan danışanda öz futbolumuzu da unutmamalıyıq. Əgər biz də Avropada sözümüzü demək istəyiriksə, hazırkı inkişaf tendensiyası ilə ayaqlaşmalıyıq. DÇ bizə çox şey öyrədir. Özümüzə dərs götürməliyik ki, 90 dəqiqə ərzində sürətli futbol oynamaq lazımdır. Əvvəldən demişdim ki, bu mundial ulduz futbolçulardan asılı olacaq. O ulduzlar ki, bu çempionatda özlərini göstərə bilmədilər, onların komandaları da mübarizədən kənarlaşdı. Baxın, Runi, Pirlo, Ronaldo kimi futbolçular zəif təsir bağışladı və komandaları da mundialı erkən tərk etdi. Bu gün yaxşı oyun sərgiləyən Messi , Neymar və Robeni görürük. Argentina, Braziliya və Hollandiya bu futbolçuların sayəsində 1/4 finaldadır. Eyni sözləri Almaniyaya da aid etmək olar. Bundan əlavə məşqçi işini də vurğulamalıyıq. Bu mundialda məşqçilərin müxtəlif takitiki gedişlərini gördük.
- Bir çox Avropa təmsilçiləri mübarizəni tez dayandırdı.
- Bəli, bu dünya çempionatının gözəlliyi də ondadır. Bir daha sübut olundu ki, futbol bütün dünyada inkişaf edir. Əslində futbol İngiltərədə yaranıb. Ancaq futbolu tanımayan Şimali Amerikada da bu gün komandalar öz sözünü deyir. Arzulayaq ki, layiq olan komanda çempion olsun.
- Hansı komandanı çempionluğa daha şanslı hesab edirsiniz?
- İlk gündən Braziliyanı demişəm. Hazırda bu komanda azarkeşlər tərəfindən təzyiq altındadır. Çünki hər kəs onlardan ancaq çempionluq gözləyir. Düzdür, Braziliya hələlik əsl çempion oyunu sərgiləmir. Ancaq görürük ki, komanda oyundan-oyuna inkişafdadır. Bəlkə də finala doğru Braziliyadan həmişəki kimi baxımlı oyun görməyəcəyik. Çünki komandanın baş məşqçisi sırf nəticəni düşünən Skolaridir. Ancaq inanıram ki, finalda əsl futbol bayramının şahidi olacağıq. Məncə, mütləq finalda Braziliyanı görəcəyik. Çox güman ki, digər finalçı isə Hollandiya olacaq.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu