Milli komandamızın və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Zədə səbəbindən yığmamızın ABŞ-la yoldaşlıq oyununda iştirak edə bilmədin. Komandanın kapitanı kimi futbolçularımızın çıxışını necə qiymətləndirirsən, oyundan hansı nəticələr çıxarmaq olar?
- Bu qarşılaşma Bolqarıstanla oyunqabağı son sınağımız idi. Düşünürdük ki, yaxşı nəticə qazanarıq. Ancaq istədiyimiz kimi alınmadı. Heyətdə problemlərimiz çox idi. Komandamızın bir çoxu zədədən əziyyət çəkirdi, oyuna optimal heyətlə hazırlaşa bilməmişdik, problemlərimiz çox idi. Rəqib də güclü idi. ABŞ millisi oynamağımıza imkan vermirdi.
- Zədən ciddidir?
- Həkimlər bir aya tam sağalacağımı deyiblər. Artıq bir həftə keçib. Bundan sonra üç həftə gözləməliyəm. Ağrılarım azalsa, komanda ilə birgə məşqlərə başlayacam.
- "Qarabağ"ın yay toplanışına qədər zədən bərpa oluna bilər?
- Yəqin ki, gecikəcəm. Ola bilər ki, bir toplanışa bir həftə gec qoşulum.
- Bu isə o deməkdir ki, Çempionlar Liqasındakı ilk oyunu buraxa bilərsən.
- Təbii ki, hər bir məşqin öz yeri var. Ancaq çalışacam ki, komandaya mümkün qədər tez qoşulum və ilk oyunda iştirak edim.
- "Qarabağ"la müqavilən başa çatıb. Klubla ilə yeni müqavilə ilə bağlı razılığa gəlmisən?
- Bəli, artıq müqavilə imzalamışam. Daha üç il "Qarabağ"da çıxış edəcəm.
- Deməli, karyeranı "Qarabağ"da başa vuracaqsan.
- Bunu Allah bilir. Bilmək olmaz ki, sabah nə olacaq. Ola bilər komanda özü mənimlə yolları ayırmaq istəsin. Öz fikrimə gəldikdə isə hər şey yaxşı olsa, niyə də "Qarabağ"da qalmayım?
- "Qarabağ"ın yeni transferi Danial Dias haqda fikirlərini bilmək istərdik.
- Bilirəm ki, Portuqaliya çempionatında stabil çıxış edən oyunçu olub. İndidən nəsə deməyə çətinlik çəkirəm. İstərdim ki, hücum xəttində bizə faydası olsun.
- Komandanız ilk dəfə Çempionlar Liqasında çıxış edəcək. Azarkeşlər və futbol ictimaiyyəti bu turnirin Avroliqadan daha çətin olmasını nəzərə almır, "Qarabağ"dan gözləntilər çoxdur. Bu haqda nə düşünürsən?
- Bizdən gözləntilər həmişə böyük olub. Fikirləşmədən bizdən böyük nailiyyətlər umurlar. Baxıram ki, artıq hamı ÇL-nin qrupundan danışır. Bunun asan olacağını düşünürlər. Heç kim püşküt atılmasını, hansı rəqiblə düşəcəyimizi gözləmək istəmir. Düşünmədən qrup mərhələsindən danışırlar. Bu da bizim peşəkarlıqdan uzaq olmağımızı göstərir. Biz püşkatmanı gözləyirik. İyunun 23-də rəqibimiz bilinəcək. Ondan sonra nəsə deyə bilərik. İlk rəqibimizə uyğun məşqimizi edəcəyik.
- Düşünürsən ki, bu gözləntilərin komandaya müsbət təsiri ola bilməz?
- İndidən qrupa düşməkdən danışanlar “Qarabağ”a ziyan vurur. Necə ki, bizi mövsümün sonuna 7-8 tur qalmış çempion elan etmişdilər, indi də həmin şeylər təkrarlanır. Gördüyünüz kimi, çempionatın sonunda futbolçularımızda psixoloji problemlər yaranmışdı. Məşqçilər komandanı oyuna kökləməkdə çətinlik çəkirdi. İndi də ÇL-ın qrupundan danışmağa başlayıblar. Bunlar hamısı ziyanımızadır.
Ramiq AĞAMƏMMƏDOV
"Real"ın dünya çempionatındakı oyunu təxirə salına bilər
Xabi Alonso: "Müdafiəmiz sıx olmalıdır"
"Atalanta"dan "Atletiko"ya
"Liverpul"u tərk etməyə hazırlaşır
"Arsenal" danışıqlara başladı
"Neftçi" yeni transferini açıqladı - Rəsmi
"Əl-Hilal" "Milan"la razılaşdı
Fransa klubu ter Ştegeni hədəflədi
Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzaladı - Rəsmi
“Sabah”ın rəqibi ispan müdafiəçi transfer etdi
Mbappe PSJ-ni məhkəməyə verdi
"Liverpul" yeni transferini açıqladı
İngiltərə millisinin üzvü ilə müqavilə uzadıldı
"Karvan" 2 futbolçusu ilə yolları ayırdı
"Sabah"da daha bir yeni müqavilə
"Tottenhem"in yeni səfər formaları - Şəkillər
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah" legioneri ilə müqaviləni uzatdı
Sabiq "Neftçi"li klubunu dəyişdi
Ronaldo ilə yeni müqavilə imzalanacaq
"Neftçi"dən Emil Balayev qərarı - Rəsmi
"Mançester Yunayted" son nöqtəni qoydu
Aleksey Baqa bu klubu çalışdıracaq
Vüsal İsgəndərli yeni klubunda debüt etdi
Daha iki 1/8 finalçı bəlli oldu - Dünya çempionatı
Mahir Emreli "Kayzerslaytern"lə ilk məşqə çıxdı - Şəkil
"Borussiya"nın qələbəsi - Video
Messi, Buskets, Alba...
Klublararası dünya çempionatında növbəti 1/8 finalçılar
"İyulda təqvimi bilib, oktyabrda şikayət etmək lazım deyil”
“Qarabağı görüb daha çox sevməyə başladım” - Qurban Qurbanov
Lukaku: "De Brüyne "Napoli"yə çatışmayan bir parça idi"
"Neftçi" yeni mövsümün hazırlığına başladı - Şəkillər
Ronaldo "Əl-Nəsr"lə neçə illik müqavilə imzalayacaq?
"Yamal nə etdiyini yaxşı bilir"
"Nyukasl”ın tarixində ən çox qazanan futbolçu ola bilər
"Qalatasaray"ı tərk edir
"Qarabağ"ın Ağdam şəhərinə səfərindən - Şəkillər
Azərbaycanın millisi Qazaxıstanda çempion oldu
Kepa Arrisabalaqa Londonda klub dəyişir
Mahir Emrelinin komandasının rəqibi məlum oldu
“Qarabağ” çempionluq kubokunu “İmarət”ə apardı - Yenilənib
İstanbul klubu yenidən Arveladzeyə tapşırıldı
Millinin yeni baş məşqçisi: "Çox iş görməliyik"