"Napoli"nin futbolçusu Romelu Lukaku həmyerlisi Kevin De Brüynenin Neapol klubuna keçidini şərh edib.
QOL.az xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" məlumat yayıb. Belçikalı hücumçu deyib:
"Kevinin bizə qoşulmasına çox sevinirəm. O, "Napoli"nin növbəti addımı atması üçün çatışmayan hissə idi. Çempion olmuşuq və indi yalnız titulu qorumaq yox, daha da çox inkişaf etmək istəyirik.
Onunla milli komandada bir neçə dəfə bu mövzu barədə danışmışdıq. O, mənə bir dəfə də zəng etmişdi. Buradakı vəziyyəti, haradan ev tapa biləcəyini izah etdim. Mən və Dris Mertens onu düzgün addımı atmağa inandırmaq üçün əlimizdən gələni etdik.
"Napoli"nin futbolçusu çox sevgi görür. Kevinin də bunu hiss edəcəyinə sevinirəm. İtaliyada futbol oynamaq başqa bir şeydir. Burada başqa yerdə görməyəcəyin bir ehtiras var. Amma bunun digər tərəfi də var… Mən elə klublarda oynamışam ki, nəticələr pis olanda azarkeşlər məşqə gəlirdilər. Bu xoş deyil, amma sənə hər gün maksimumunu verməli olduğunu xatırladır".
Qeyd edək ki, De Bruyne başa çatan mövsümdə “Mançester Siti” ilə 40 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə