Premyer Liqamızda 2013/14 mövsümünün çempionu olmuş “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Qol.Az saytına müsahibəsində komandasının Çempionlar Liqasına hazırlığından, transfer planlarından və digər məsələlərdən danışıb.
- Əvvəlcə komandanızın yay hazırlıq planı haqda məlumat vermənizi istərdik.
- Bildiyiniz kimi, hazırda futbolçular istirahətdədir. İyunun 12-də Bakıda bir araya gələcəyik. Burada altı günlük hazırlıqdan sonra ölkə xaricinə yollanacağıq. Böyük ehtimalla təlim-məşq toplanışını Avstriyada keçirəcəyik. İyunun 19-da yola düşəcəyik. Bir ölkədə hazırlıq keçəcəyimiz nəzərdə tutulub.
- “Qarabağ” bu dəfə bizi Çempionlar Liqasında təmsil edəcək. Bu baxımdan təlim-məşq toplanışı əvvəlkilərdən fərqlənəcək?
- Bir müsbət cəhət var ki, bu dəfə futbolçuların dincəlməsi üçün kifayət qədər vaxt var. Avroliqada iştirak edəndə isə istirahətə az vaxt qalırdı. Həm də mövsümün sonuna iki tur qalmış çempion oldiğumuza görə əsas futbolçulara istirahət verdim. Çalışacağıq ki, daha diqqətli olaq. Ötən illərdə buraxdığımız səhvlərin düzəldilməsi üzərində işləyəcəyik.
- Yoldaşlıq oyunları üçün rəqiblərin hansı ölkələrin komandaları olacağı bəllidir?
- Xeyr. Yaxın bir həftə ərzində bu və digər məsələlər həll olunacaq. Dediyim kimi, çox güman, hazırlığımız Avstriyada olacaq. Amma Sloveniya variantı da var. Buna görə də gedəcəyimiz ölkədən asılı olaraq rəqibləri seçəcəyik.
- Jaba Dvali və Uilrix Kapolonqodan başqa göndərilən futbolçular olacaq?
- Hazırda yoxdur. Ancaq ola bilər.
- Bu, yeni transferlərdən asılıdır?
- Bəli, istədiyimiz transferlər baş tutsa, bəzi futbolçularla yolları ayıra bilərik.
- Hücumçu Nikolas Gelaşvilinin taleyi necə olacaq?
- Bunu deyə bilmərəm. Gelaşvili ilə müqaviləmiz var. Qeyd etdiyim kimi, yeni transferlərdən sonra qərar verəcəyik.
- Transferlərlə bağlı nə yenilik var?
- Müəyyən futbolçularla danışıqlar aparılır. Hələ ki, bir yenilik yoxdur.
- Komandanın kapitanı Rəşad Sadıqovun müqaviləsi başa çatır. Onunla yeni razılıq əldə olunub?
- Bəli, Rəşad “Qarabağ”da qalacaq. Onunla şifahi şəkildə razılığa gəlmişik. Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
- Müqavilə müddəti nə qədər olacaq?
- Bunu klubun mətbuat xidməti açıqlayacaq.
- Konkret olaraq hansı mövqelərə və neçə futbolçu transfer olunmalıdır?
- Əgər bizi qane edən oyunçular tapsaq, hər mövqeyə bir futbolçu almaq istəyirik. Yəni müdafiə, orta xətt və hücumu gücləndirməyə ehtiyac var.
- Klub tərəfindən transferlər üçün istədiyiniz büdcə ayrılıb?
- İnşallah, problem olmayacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video