"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli Qol.Az saytına müsahibəsində mövsümün yekunları, komandasının Çempionlar Liqasındakı şansları və klubla yeni müqavilə imzalaması haqda danışıb.
- Mövsümün sonuna iki tur qalmış "Qarabağ" çempionluğunu rəsmiləşdirdi. Çempionluq haqda təəssüratlarını öyrənək.
- Mövsüm bizim üçün çox ağır və çətin keçdi. Bununla belə, çempion olduğumuz üçün çox şadıq. Həyat əvvəlki ilə müqayisədə indi daha gözəldir.
- Bu, ölkə xaricində ilk çempionluğundur, yoxsa daha öncə yaşamışdın?
- Albaniyada "Tirana" klubunun heyətində 4 dəfə ölkə çempionluğu sevinci yaşamışam. Ancaq ölkə xaricində bu ilk çempionluğum oldu. Təbii ki, "Qarabağ"la çempionluğum əvvəlkilərlə eyni ola bilməz. Bu çempionluq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Birincisi, "Qarabağ"la ölkə xaricində ilk çempionluğumu yaşadım. İkincisi isə komandada çıxış etdiyim 4 il ərzində hər mövsüm çempionluğa oynasaq da, nəhayət bu dəfə çempionluq bizə nəsib oldu.
- Cari mövsüm öz oyunun haqda nə deyərdin?
- Meydana çıxdığım bütün görüşlərdə var-gücümü ortaya qoydum. Komandamın qələbə qazanması üçün əlimdən gələni etdim. Mövsümboyu çox əziyyət çəkdim və sonda bunun bəhrəsini gördüm. "Qarabağ"la ilk çempionluğumu yaşadığım üçün çox sevincliyəm.
- Sənin üçün mövsümün ən yadda qalan və xüsusi oyunu hansı oldu?
- Bütün matçlar bizim üçün çətin keçdi. Demək olar ki, asan oyunumuz olmadı. Ancaq "Neftçi" (4:1) və "İnter"lə (4:1) görüşlərdə biz komanda olaraq ən yaxşı oyumuzu nümayiş etdirdik. "İnter"lə son oyundan sonra çempionluğu rəsmiləşdirdik və bu matç mənim üçün ən yadda qalan oldu. Düşünürəm ki, bu görüş bütün həyatım boyu yaddaşımda qalacaq.
- Artıq hər kəs "Qarabağ"dan Çempionlar Liqasında uğur gözləyir. Komandanın qrup mərhələsinə düşmək şanslarını necə dəyərləndirirsən?
- "Qarabağ" çempion olmaqla yeni mərhələyə qədəm qoydu. Bəli, hər kəs bizdən qələbələr gözləyir. Ancaq Çempionlar Liqasında qələbə qazanmaq elə də asan deyil. Bununla belə, "Qarabağ" qələbəyə "ac" komandadır. Klubu və Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etmək üçün çox çalışmalıyıq.
- Avrokuboklarda əsas hədəfiniz nədir?
- Çempionlar Liqası və Avroliqa fərqli turnirlərdir. Ötən illər ərzində "Qarabağ"ın Avropa Liqasında necə çıxış etdiyini hər kəs gördü. Artıq Çempionlar Liqasında uğur qazanmaq vaxtıdır. Hələ qrup mərhələsi haqda danışmaq tezdir. Çünki ilk rəqibdən çox şey asılı olacaq.
- "Qarabağ"la müqaviləni yenilədin. Daha bir il bu komandanın şərəfini qoruyacaqsan...
- Hər zaman demişəm, "Qarabağ" mənə evim kimidir. Növbəti mövsümdə də bu komandada çıxış edəcəyim üçün çox şadam və bununla fəxr edirəm. Eyni zamanda bu müqavilə məni əvvəlki illərlə müqayisədə daha məsuliyyətli olmağa və üzərimdə çox çalışmağa vadar edir.
- Mövsümün son oyunu çərçivəsində bu gün "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Bu matçdan sonra komandaya çempionluq kuboku təqdim olunacaq...
- Bu oyunda nəticə heç bir əhəmiyyət kəsb etmir. Təbii ki, mövsümün son oyununda iştirak etmək istərdim. Ancaq bu, baş məşqçidən asılıdır. Bu gün bizə çempionluq kuboku təqdim olunacaq. Bu çempionluq sevincini "Qarabağ" ailəsi, komandanın bütün futbolçuları ilə bayram etmək istəyirəm. Bu il bizim üçün uğurlu oldu. Baş məşqçimiz Qurban Qurbanovun son illərdəki əməyi sayəsində komanda bu mövsüm yaxşı nəticə göstərdi və çempionluq sevinci yaşadı. Bu kuboka ən çox Qurban müəllim layiqdir. Eyni zamanda komandanın məşqçilər korpusu, tibbi heyəti, klubun direktoru Əmrah Çəlikəl və prezidenti Tahir Gözəlin də bu uğurda böyük rolu var. T.Gözəl klub üçün ürəyini qoydu, o bu kuboka layiqdir. Azarkeşlərimiz də mövsümboyu möhtəşəm idilər. Bu çempionluğu atama və ailəmə həsr edirəm.
Vüsal HÜSEYN
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video