"Həmişəki kimi "Qarabağ"la görüşümüz çətin olacaq. Bu dəfə səfərdə oynayırıq. Rəqibimizin oyunu göz qabağıdadır. Nə dərəcədə güclü olduqlarını deməyə ehtiyac yoxdur".
Qol.Az saytına açıqlamasında bu sözləri "İnter" klubunun müdafiəçisi Ruslan Əmircanov deyib.
Azərbaycan Premyer Liqasının 34-cü turunda "Qarabağ"la keçiriləcək oyun haqda danışan təcrübəli futbolçu görüşün çətin keçəcəyini vurğulamaqla yanaşı "Qarabağ"ın keçilməz rəqib olmadığını da bildirib:
"Hər bir rəqibə qarşı oynamaq olar. Bu mövsüm hər üç oyunda "Qarabağ" bizi məğlub edib. Demək olar ki, bu komanda ilə oyunumuz alınmır. Çempionatın sonuna üç tur qalıb. Hələ heç nə bitməyib. "Qarabağ"a qalib gəlsək, aramızdakı xal fərqini 3-ə endirəcəyik. Bundan sonra "Qarabağ"ın iki səfər oyunu olacaq. Yəni çempionatın sonunda hər bir sürpriz nəticə qeydə alına bilər. "Qarabağ" da bizi yaxşı analiz edəcək. Artıq onlarda bizim oyunumuza bələddir. Biz isə qalib gəlməklə "Qarabağ" sindromunu qıra bilərik. Dörd ildir ki, "İnter" "Qarabağ"ı məğlub edə bilmir. Qalib gəlsək, həm xal fərqini azaldarıq, həm də "Qarabağ"ı məğlub edə bilməməyimiz haqda söz-söhbətlər bitər. Özümüz də acıqlanmalıyıq ki, niyə "Qarabağ"ı məğlub edə bilmirik?"
Milli komandamızın üzvü "Qarabağ"ın son turlarda xal itkisi ilə üzləşməsinin "İnter"də çempionluq ümidlərinin yaranmasına səbəb olduğunu deyib: "Mövsümün əvvəlində ardıcıl məğlub olanda fikirləşirdik ki, çempionluq bizim üçün əldən gedib. Məqsədimiz o idi ki, Avroliqada çıxış edək. Şükürlər olsun ki, artıq bu istəyimizə çatmışıq. Bir neçə tur əvvəl "Qarabağ"la aramızda 13 xal fərqi var idi. İndi isə bu fərq 6-ya enib. İnamlı qələbələrdən sonra futbolçularımızın gözündə qığılcım hiss olunur. Bizdə də çempion olmaq ümidi yaranıb. Düzdü, bu, real görünmür. Ancaq ümidimizi itirmirik. Qələbə qazanmaqla çempionatda yenidən intiriqa yarada bilərik. İndiyədək belə maraqlı çempionatın şahidi olmamışıq. Hamı 3-4 tur bundan əvvəl "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirdi. Ancaq gördüyünüz kimi, son turlarda ardıcıl xal itkiləri ilə üzləşdilər.
Bu mövsüm "Qarabağ"la keçirdiyimiz üç oyunun iksində böyük hesabla uduzmuşuq. Bunun əvəzini çıxmalıyıq. "Qarabağ"a nə qədər uduzmaq olar? Nəhayət qalib gəlməliyik".
Zədə səbəbindən son 3 turda komandasına kömək edə bilməyən Əmircanov "Qarabağ"la oyuna hazır olduğunu deyib: "Demək olar ki, 90 faiz hazıram. Ağrılarım xeyli azalıb, komanda ilə məşqlərə başlamışam. Oyuna hələ 3 gün qalıb. Bu müddətə qədər ağrılarım qalmasa, "Qarabağ"la görüşdə meydanda olacam".
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video