"Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov Qol.Az saytına müshaibəsində Azərbaycan Premyer Liqasının 33-cü turunda "Bakı" ilə heç-heçədən (0:0), komandasının son uğursuz çıxışlarından və növbəti turda "İnter"lə keçiriləcək vacib qarşılaşmadan danışıb.
- "Bakı" ilə çox mühüm qarşılaşmadan qalib ayrıla bilmədiniz, komandanız növbəti xal itkisi ilə üzləşdi...
- Pis oynamadıq. Sadəcə qol vura bilmədik. Ümumiyyətlə qol epizodları kasad bir oyun oldu. "Bakı" Avroliqaya vəsiqə uğrunda mübarizə aparan komandadır. Ancaq bir dəfə də olsun qapımız qarşısında təhlükə yarada bilmədilər. Havanın isti olması da oyunumuza mane olurdu.
- Baş məşqçiniz Qurban Qurbanov rəqib futbolçuların vaxtı uzatdığından gileylənib.
- Bəli, mənə də maraqlıdır ki, niyə "Bakı" vaxt uzadırdı? Əslində onlar Avroqiya vəsiqə qazanmaq istəyirlər. Belə olan halda rəqibi yalnız qələbə qane etməlidir. Ancaq nədənsə oyunu heç-heçəyə aparırdılar.
- Artıq ardıcıl üç turdur ki, "Qarabağ" qələbə qazana bilmir. İnamla addımlayan komandanızın birdən-birə "qara zolağ"a düşməsinə nə səbəb oldu?
- Mövsümün sonu olduğu üçün oyunumuzda bir qədər eniş var. Ancaq toparlanacağıq. Hamı dərk etməlidir ki, bu qədər əziyyət çəkmişik, yol qət etmişik. Gərək işimizi sona çatdıraq. Zəhmətimiz hədər getməməlidir.
- Düşünürsən ki, komandada yorğunluq var?
- Hər şey ola bilər. Yəqin ki, baş məşqçimiz "Bakı" ilə oyunun təhlilini aparacaq, komandaya lazım olan tövsiyyələrini verəcək. Əslində "Qarabağ"ın "qara zolağ"a düşdüyünü demək olmaz. Çünki son oyunların hamısında yaxşı çıxış etmişik. Yalnız "Simurq"a uduzmuşuq. Bizdə təkcə qol çatışmır.
- Hamı "Qarabağ"ın mövsümün sonuna 3-4 tur qalmış çempion olacağını düşünürdü.
- Komandamızda heç kim indiyədək çempionluq haqda danışmayıb. Ancaq qıraqdan bizi çempion elan ediblər. Nəzərə almaq lazımdır ki, qarşılaşdığımız rəqiblərin heç biri elə komanda deyil ki, rahatlıqla onlara qalib gələk. Belə nəticələr futbolda hər zaman olur. Çalışcağıq ki, qarşıdakı 3 turda xal itirməyək.
- Bir neçə həftə bundan qabaq artıq "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edənlər var idi. Ola bilərmi bu, komandanıza təsir etsin. Kapitan Rəşad Sadıqov da futbolçularda arxayınlaşma olduğunu demişdi.
- Bəli, bu, normal bir şeydir. Hamı gördü ki, "Bavariya" ölkə çempionu olduqdan sonra komandanın oyunlarında eniş hiss olundu. Qvardiola da müsahibəsində bildirmişdi ki, komandanı Çempionlar Liqasının oyununa kökləyə bilməyib. Bizi də vaxtından əvvəl çempion elan etməkləri futbolçularımızın psixologiyasına təsir edə bilər. Ancaq düşünmürəm ki, bu fkirlər komandamızın hədəfinə çatmağında əngəl olsun. Hər şey yaxşı olacaq.
- Növbəti turda rəqibiniz "İnter" olacaq. Bu görüşdə çempionluğunuzu rəsmiləşdirə, və yaxud da daha çətin duruma düşə bilərsiniz.
- "İnter"lə final oyununa çıxacağıq. İkiqat məsuliyyətli olmalıyıq ki, bu dəfə büdrəməyək.
- Məğlubiyyət komandanızı çempionluqdan da edə bilər...
- İndidən heç kim bu barədə bir söz deyə bilməz. "İnter"ə uduzub, növbəti oyunlarda qalib gələ bilərik. Futbol əvvəlcədən müqəddəratı bilinməyən idman növüdür. Onu bilirik ki, "Qarabağ" təsadüfən birinci pillədə deyil. Yaxşı futbolularımız, güclü baş məşqçimiz var. Ona görə də düşünürəm ki, istəyimizə çatacağıq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video