"Qəbələ" klubunun müdafiəçisi Rail Məlikov Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının 32-ci turunda "Simurq" üzərində qələbədən (1:0) və növbəti turda "Neftçi" ilə keçiriləcək oyundan danışıb.
- Kubok oyununu nəzərə almasaq, bu il doğma meydanda qələbə qazana bilməmişdiniz. "Simurq" üzərində qələbə həm də bu baxımdan əhəmiyyətli oldu...
- Doğrudan da uzun müddət idi ki, doğma meydanda qələbəyə həsrət idik. Ardıcıl məğlubiyyətlərlə üzləşirdik. Ona görə də oyuna çox ciddi hazırlaşmışdıq. Bunun nəticəsidir ki, qələbə qazandıq.
- Zədəni sağaltdıqdan sonra ilk dəfə idi ki, start heyətdə yer alırdın. Əvvəlki formanı yığa bilmisən?
- Düzdü, zədə səbəbindən 7-8 ay futboldan uzaq qaldım. Artıq yüz faiz oyunlara hazıram. Buna görə də baş məşqçi mənə şans verdi. Təbii ki, uzun müddətdən sonra yaşıl meydana qayıtmaq insanda həyəcan yaradır. Məncə, pis təsir bağışlamadım. Şükürlər olsun ki, oyunum komandama düşərli oldu. Azarkeşlərimizi sevindirə bildik. Tədricən əvvəlki formamı bərpa edəcəm.
- Qış fasiləsindən sonra komandanızda eniş hiss olunurdu. Kubok oyunlarında qazanılan uğurdan sonra "Qəbələ"ni özünə gəldiyini demək olar?
- Bəli, hər şey kubok oyunundan başladı. "Xəzər Lənkəran"la ilk matçda qazanılan qələbədən sonra komandamızda inam yarandı. Daha sonra çempionatda "Rəvan"ı məğlub etdik. Qələbələr olduqca hər şey daha yaxşıya doğru gedəcək.
- Çempionatın növbəti turunda rəqibiniz "Neftçi"dir...
- "Neftçi" ilə kubokun finalında da üz-üzə gələcəyik. Qarşıdakı oyunumuzda hansı nəticə qeydə alınsa, kubokun finalında da həmin hesab təkrarlana bilər. Çalışacağıq ki, qələbə qazanaq, final oyununa psixoloji cəhətdən hazır olaq. Rəqibin zəif və güclü tərəflərini öyrənməyə cəhd edəcəyik.
- "Neftçi" ilə kubokun final oyunu haqda nə düşünürsən?
- Kubokun finalına qədər bir çox komandanı mübarizədən kənarlaşdırmışıq. "Neftçi" onların heç birindən güclü deyil. Düzdü, finalda şanslar bərabər olur. Ancaq bura qədər gəlmişiksə, kuboku götürməliyik. Bizə belə tapşırıq verilib.
- Bildiyimizə görə, mövsümün sonunda "Qəbələ" ilə müqavilən bitir. Klubla müqavilənin müddətini uzatmaqla barədə danışıqların olub?
- Xeyr. Hələ heç bir müzakirə olmayıb. Kubokun finalını və çempionat oyunlarını düşünürük. Həm də "Qəbələ"də hər şey məni qane edir. Hər bir futbolçu istəyər ki, "Qəbələ"də oynasın. Bu komanda artıq mənə doğmalaşıb.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası