"Qarabağ" klubunun futbolçusu Muarem Muarem Qol.Az saytına müsahibə verib. Azərbaycan Premyer Liqasının 32-ci turunda "Neftçi" ilə qarşılaşmada (1:1) komandasının yeganə qolunu vuran makedoniyalı yarımmüdafiəçi dünən keçirilən oyun və digər məsələlərlə bağlı sualları cavablandırıb.
- "Neftçi" ilə oyun haqda bir neçə gün əvvəldən baş məşqçimiz bizimlə xeyli söhbət etmişdi. Qərara almışdıq ki, matça sakit məcrada başlayaq. Ancaq gördüyünüz kimi belə olmadı. İlk 15-20 dəqiqədə oyun çox gərgin keçdi. Gərginliyimizin səbəbi də başadüşüləndir. Qələbə qazanmaq istəyirdik. Üç xalın bizə nə qədər vacib olduğunu hər kəs bilir. Ancaq 1:1 hesablı nəticə də pis deyil. Çünki rəqibimiz "Neftçi" idi. Gördüyünüz kimi dünən çox yaxşı oynadılar. İlk hissədə bizə xeyli çətinlik yaşatdılar. İnşallah qarşıdakı dörd oyunda yüksək nəticə əldə edib, istəyimizə çatacağıq.
- Oyun gözlənilən qədər maraqlı olmadı...
- Qeyd etdiyim kimi, ilk dəqiqələrdə bir qədər həyəcanlı idik. Rəqibin də istədiyi alınmırdı. İlk hissə oyunla yox, qayda pozuntuları ilə yadda qaldı. İkinci hissədə isə artıq öz oyunumuzu tapdıq. Əvvəldən sakit, təmkinli oynasaydıq, maraqlı bir qarşılaşma olardı.
- Komandanın yeganə qolunu vurdun və "Qarabağ"ı məğlubiyyətdən qurtardın. Həm də "Qarabağ"ın 900-cü qoluna imza atmaqla klubun tarixinə düşdün.
- İnşallah, davamı gələr. Komandamızın yubiley qolunu məhz "Neftçi"nin qapısından keçirdiyim üçün sevinirəm. Mən də istərdim ki, "Qarabağ"ın tarixinə düşüm. Ancaq ilk növbədə komandamızın uğuru vacibdir.
- Ötən tur "Simurq"a məğlub oldunuz, bu dəfə isə "Neftçi" ilə heç-heçə etdiniz. Ardıcıl uğursuzluğu necə izah etmək olar?
- Rəqiblərə nəzər salanda görünür ki, bu komandaları asanlqıla məğlub etmək olmaz. Bunlar futbolda normal haldır. "Simurq"la görüşə də çox yaxşı hazırlaşmışdıq. Ancaq həmişəki kimi yenə də bu komanda ilə oyunumuz ağır oldu. Sanki oyuna düzgün köklənməmişdik. Bir qədər də yol bizi yormuşdu. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Ancaq çətin səfər oyununda müəyyən nüanslar olur ki, qələbəyə imkan vermir. Daha sonra "Neftçi" ilə görüşə hazırlaşdıq. Əslində "Neftçi"yə qalib gəlməli idik. Nədənsə bu dəfə də alınmadı.
- Artıq bəzi komandalar "Qarabağ"ı çempionluq münasibəti ilə indidən təbrik ediblər. Bəlkə, bu, futbolçularda arxayınlıq yaradır?
- Bunlar bizi təbrik edənlərin öz düşüncəsidir. Onsuz da biz hələ çempionluq haqda düşünmürük. Qarşıdakı oyunlarda qalib gəlməsək, çempion ola bilmərik. Nə məşqçilər, nə də komanda yoldaşlarımla çempionluq haqda söhbətimiz olub. Hər bir oyuna final matçı kimi yanaşırıq.
- Son iki oyunda qələbə qazan bilməməyiniz komandada həyəcan yaradıb?
- Biz hazırda liderik. Niyə təlaş keçirməliyik? Komandamız tam məsuliyyətlə digər oyunlara hazırlaşır. Ancaq növbəti oyun haqda fikirləşirik. Rəqibi necə məğlub etməyin yollarını müzakirə edirik. Başqa bir şey düşünməyə gərək yoxdur. İnşallah, qarşıdakı oyunlarda istəyimizə çatacağıq.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu