Dünən Azərbaycan kubokunun finaçıları məlum olub. Yarımfinalda "Neftçi" "Rəvan"ı, "Qəbələ" isə "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.
Azərbaycan futbolunun tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov Qol.Az saytına açıqlamasında baş tutan oyunlar haqda fikir bildirib və final mərhələsi haqda proqnozunu söyləyib:
"Oyundan əvvəlki müsahibələrimin hamısında demişdim ki, "Neftçi" rahatlıqla finala yüksələcək. "Rəvan"a hörmətsizlik etmək istəmirəm, ancaq o gücdə deyildilər ki, "Neftçi"ni keçsinlər. İlk oyunda gördük ki, "Neftçi" qalib gələ bilməsə də, rəqibini tam üstələdi. Ona görə də əminliklə "Neftçi"nin finala çıxacağını demişdim.
Digər yarımfinal oyununa gəldikdə isə onu deyə bilərm ki, "Xəzərə Lənkəran" kubokla Qəbələdə vidalaşdı. Çünki öz səhvlərindən 0:3 hesabı ilə məğlub olmuşdular. Bu, kubok oyununda çox böyük hesabdır. Ancaq ümid edirdim ki, "Xəzər Lənkəran" öz meydanında nəsə edə bilər. Çünki Lənkəranda bütün komandalar çətinliklə üzləşib. İlk 15 dəqiqədə qol vurmaqla nəyəsə ümid etmək olardı. Ancaq "Qəbələ" hesabı açandan sonra "Xəzər lənkəran"ın şansı heçə endi".
Vaxtilə "Xəzər Lənkəran"ı çalışdıran veteran futbolçu sabiq komandasının uğursuz bir mövsüm keçirməsi haqda da danışıb: "Hazırda komandanın içində deyiləm. Ona görə də hansı çatışmazlıqların olduğunu deyə bilmərəm. Rəhbərlik komandaya və baş məşqçiyə hər cür şərait yaradıb. Məncə, klubda Mustafa Dənizlinin bir sözünü iki edən olmaz. Onun bütün istəkləri yerinə yetirilib. Buna görə də uğursuzluğun səbəbini Dənizlidən soruşmaq lazımdır".
Y.Hüseynov Azərbaycan kubokunun final mərhələsi üçün öz proqnozunu verib. O, kuboku "Neftçi"nin qazanacağına əmin olduğunu deyib: "Hər iki komandaya uğurlar arzu edirəm. Düşünürəm ki, "Neftçi" qalib gələcək. Əgər finala "Xəzər Lənkəran" və "Neftçi" çıxsaydı, birincilər kuboku qazanardı. Ancaq indiki halda kuboku "Neftçi" qazanacaq".
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu