Dünən Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Xəzər Lənkəran"la qarşılaşan "Qəbələ" qeydə alınan 1:1 hesablı nəticə ilə finala yüksəldi. Bununla Yuri Syominin komandası tarixində bir ilkə imza atdı. Belə ki, bölgə təmsilçisi indiyədək kubokun finalında oynamayıb.
Qol.Az saytına müsahibəsində "Qəbələ"nin müdafiəçsi Ruslan Tağızadə "Xəzər Lənkəran"la oyundan danışıb, kuboku qazanmaq şanslarını dəyərləndirib.
- Azərbaycan kubokunun finalına yüksəldiniz. Təəssüratlarını bilmək istərdik.
- Lənkəranda asan oyunumuz olmayıb. İlk 5-10 dəqiqədə rəqib bizə çox çətinlik yaratdı. Ancaq müdafiədə intizamlı oynadıq və qapımızı toxunulmaz saxladıq. Əks-hücumda rəqibi cəzalandırdıq. Hesabda irəli çıxandan sonra üstünlük biz tərəfdə oldu. Şükürlər olsun ki, finala adladıq. "Qəbələ" kimi mən də ilk dəfədir ki, kubokun finalına çıxıram. Ona görə də bu, karyeramda önəmli bir uğur oldu. Çox sevincliyəm. İnşallah, finalda da qalib gəlib, "Qəbələ"ni layiq olduğu yerə qaldırarıq.
- Finalda "Neftçi" ilə qarşılaşacaqsınız.
- "Neftçi" Azərbaycanın ən titullu komandasıdır. Ancaq heç kim fikirləşməsin ki, buna görə "Neftçi" bizə qalib gələcək. Bizim də rəqibi üstələyəcəyimizi indidən demək olmaz. Hər iki komandanı çox çətin oyun gözləyir.
- "Neftçi" bir neçə dəfə kuboku başı üzərinə qaldırıb. Yəni bu komanda kubokda daha təcrübəlidir. Sizin üçün çətin olmayacaq?
- Final oyununda təcrübədən daha çox istək vacibdir. Çox qaçan, canını oyuna qoyan komanda qalib gələcək. Təbii ki, heç bir komanda finalda məğlub olmaq istəməz. "Qəbələ" bu mərhələyə ilk dəfə yüksəldiyi üçün biz daha çox istəkliyik. Kuboku "Qəbələ"yə apararaq azarkeşlərimizi və klub rəhbərliyini sevindirmək istəyirik.
- "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Rəvan"la oyundan sonra açıqlamasında finalda rəqib kim olursa olsun, komandasının qalib gələcəyini deyib.
- Bu fikirlərlə tanışam. Hətta deyib ki, hansı komanda gəlsə, başından vuracam. Bu sözlər şəxsən mənim xoşuma gəlmədi. Böyükağa müəllim Azərbaycanın təcrübəli məşqçilərindən biridir. Bu sözlər ona yaraşmır. Hər şey meydanda həll olunacaq. "Neftçi"də işləmək hələ o demək deyil ki, hamıya qalib gələcəksən. Elə olsaydı, "Sumqayı"a 1:3 hesabı ilə uduzmazdılar. Heç bir komandanı kiçiltmək olmaz. Əksinə həmişə rəqibə hörmət etmək lazımdır. Son sözü meydanda deyirlər. Bizim cavabımız meydançada olacaq. Qıraqda çox söz demək olar.
- Kubok oyunlarındakı uğur çempionatda "qara zolaq"dan çıxmağınıza kömək edəcək?
- Bir müddət idi ki, "qara zolağ"a düşmüşdük. Ancaq deyə bilərəm ki, artıq uğursuzluğa son qoyulub. Kubok oyununda Qəbələdə "Xəzər Lənkəran"ı məğlub etdik. Bilirisiniz ki, bu il doğma meydanda qələbə qazana bilməmişdik. Sonra "Rəvan"ı səfərdə məğlub etdik. İndi isə kubokun finalına vəsiqə qazanıb, Qəbələyə qayıdırıq. Əminliklə deyə bilərəm ki, "qara zolaq"dan çıxmışıq. Bundan sonra daha intizamlı oynayıb, qələbələrimizi davam etdirəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu