"Qarabağ" klubunun müdafiəçisi Qara Qarayev Qol.Az saytına müsahibəsində Premyer Liqamızın son turunda "Simurq"a məğlubiyyətdən (0:1) və növbəti turda "Neftçi" ilə keçiriləcək oyundan danışıb.
- Azərbaycan Premyer Liqasının son turunda gözlənilmədən səfərdə "Simurq"a məğlub oldunuz.
- "Simurq"la oynamaq bizm üçün həmişə çətin olub. Deməzdim ki, rəqib bizi nədəsə üstələdi. Şansızlıqdan öz qapımıza qol vurduq. Rəqib cərimə zərbəsini yerinə yetirdikdən sonra top Bədavi Hüseynovun başına dəyib, öz qapımıza daxil oldu. "Simurq" bizdən artıq heç nə etmədi. Ancaq qələbə qazananda bunun fərqinə varmırlar. Hər halda vacib üç xal itirdik. İlk hissədə yaxşı qol imkanlarımız oldu. Ancaq "Simurq" bir epizoddan istifadə edib, qapımıza yol tapdı.
- "Qarabağ"ın üstün oynadağını demək olar? Ümumiyyətlə görüşün ədalətli nəticəsi nə idi?
- Məncə, ədalətli nəticə bərabərlik idi. Komandalardan heç biri üstünlüyə malik deyildi. Bir qədər bizim rəqib qapısı qarşısında təhlükəli vəziyyətlərimiz çox oldu.
- "Simurq"un digər komandalardan fərqi nədir ki, cari mövsüm bu rəqibinizə qol da vura bilmədiniz?
- Bilirsiniz, "Simurq" həmişə bizə qarşı fərqli oyun nümayiş etdirir. Fikir versəniz, görərsiniz ki, digər komandalarla tam fərqli üslubda oynayırlar. Sırf bizə qarşı fərqli taktika seçirlər. Buna görə də "Simurq"la oyunumuz həmişə çətin olur.
- Bəlkə, rəqiblərlə aranızda olan böyük xal fərqi komandada arxayınlıq yaradıb?
- Qətiyyən bizdə arxayınlıq yoxdur. "Simurq"a məğlubiyyət bizə yaxşı dərs oldu, komandamız ayıltı ki, hələ çempionluğu qeyd etmək olmaz. Növbəti oyunlarda qalib gəlməliyik ki, çempion olaq. Deyərdim ki, hətta "Simurq"a məğlubiyyətin bizə xeyri oldu.
- Növbəti rəqibiniz "Neftçi"dir. Bu komanda haqda nə deyə bilərsən?
- Qısaca onu deyim ki, Azərbaycanın flaqmanına qarşı oynayacağıq. Azərbaycan futbolunu "Neftçi" ilə tanıyıblar. Çox böyük bir camiyə ilə qarşılaşacağıq. Çox maraqlı oyun olacaq. Qalib gəlib, yolumuza davam etməyə çalışacağıq.
- "Neftçi" son günlər yaxşı günlərini yaşamır.
- Ola bilər ki, "Neftçi"də bir qədər uğursuzluq olub. Ancaq 1-2 məğlubiyyətlə "Neftçi" kimi komandanın yaxşı dövlərini yaşamadığını demək düzgün olmaz. Məğlubiyyətsiz komanda olmur. "Neftçi" və "Qarabağ"ın ən zəif vaxtlarında belə bir-biri ilə oyunları fərqli olub. Məncə, iki komandadan birinin yaxşı durumda olmamağı əhəmiyyət kəsb etmir. "Qarabağ" - "Neftçi" oyununun adı qarşılaşmaya güc verir.
- "Neftçi"yə məğlub olsanız, "Qarabağ" üçün həyəcan təbili çalına bilər?
- Fikirləşmək istəmirəm ki, biz məğlub olacağıq. Qətiyyən ağlımda bu fikir yoxdur. Məğlub olsaq belə, qarşıdakı oyunlarda yaxşı nəticə qazanıb, istəyimizə çata bilərik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video