"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytına müsahibəsində komandasının Azərbaycan Premyer Liqasının 31-ci turunda "Sumqayıt"a məğlub olmasından (1:3) və bəzi maraqlı məqamlardan danışıb.
- "Neftçi"nin turnir cədvəlinin autsayderi olan "Sumqayıt"a uduzmağına necə şərh verə bilərsiniz?
- "Sumqayıt" gözəl oyun nümayiş etdirdi. Gənc futbolçuların baxımlı oyunu sayəsində layiqli qələbə qazandılar. "Neftç"i belə futbol oynamamalı idi. Komandamızın öz meydanında bu cür hesabla məğlub olmağı yolverilməzdir və bu, "Neftçi"yə yaraşmır. Tez bir zamanda bunların qarşısı alınmaldır.
- Sosial şəbəkələrdə müəyyən söz-söhbətlər gəzir ki, "Neftçi" bilərəkdən "Sumqayıt"a üç xal verib.
- Sosial şəbəkələrdə yayılan xəbərlərə rəsmi münasibət bildirmək düzgün olmaz. Bu məğlubiyyət qəbulolunmazdır. Bu gün "Neftçi"nin klubdaxili iclası keçiririlib. Klub rəhbərliyi tərəfindən komandaya iradlar bildirilib. Son illərin ən uğurlu nəticə göstərən komandası"Neftçi"dir. Hər bir futbolçu "Neftçi"də oynamasının məsuliyyətini dərk etməldir.
- Sanki son vaxtlar "Neftçi" futbolçuları həvəslə oynamır.
- Mən bunu psixoloji məqamla bağlamaq istərdim. "Neftçi" son üç ilin çempion komandasıdır. Hazırda heyətdə olan futbolçuların çoxu bu uğurda pay sahibir. Bu gün isə "Qarabağ" çempionluğunu yüz faiz təmin edib. Fürsətdən istifadə edib bu münasibətlə "Qarabağ"ı təbrik edirik və onlardan minimum Avroliqanın qrup mərhələsinə düşməyi gözləyirik. İstər-istəməz ardıcıl üç il çempion olmuş komanda üçün ikinci və ya onuncu yeri tutmağın fərqi yoxdur. Yəni bu məsələlər futbolçulara psixoloji təsirsiz ötüşmür. Komanda bu səbəbdən bir qədər həvəssiz ola bilər. Bundan əlavə "Neftçi"yə təzyiqlər də çox oldu. Ancaq bütün bunlara baxmayaraq, "Neftçi" üçün bu mövsüm avroliqaya vəsiqə təmin olunmalıdır.
- Klubdaxili iclasda komandadan göndəriləcək futbolçular haqda qərar verildi?
- Komanda kollektiv şəkildə məğlub olur. Burada günahkar axtarmaq düzgün deyil. Futbolçular və məşqçi heyəti ilə qısaca, ciddi söhbət olundu. Müəyyən qərarlar qəbul edildi. Bir məqamı vurğulamaq istəyirəm ki, tarixi kökü olan "Neftçi"nin formasını geyən hər bir futbolçu bu formanın məsuliyyətini dərk etməlidir və müqavilə şərtlərinin, qazanılan vəsaitin qarşılığını verməlidir. Təbii ki, mövsümün sonunda vəziyyət yaxşılığa doğru getməsə, müəyyən tədbirlər görüləcək.
- Son vaxtlar "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin istefa verəcəyi xəbəri də gündəmdədir.
- Əvvəlcə onu deyim ki, ilk növbədə qarşıdakı oyunları düşünmək lazımdır. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək. Bu suala konkret belə cavab verə bilərəm ki, Böyükağa Hacıyev son illərin ən uğurlu baş məşqçisidir. Çox sevindirici məqamdır ki, Qurban Qurbanov və Böyükağa Hacıyev kimi yerli məşqçilərimiz həm Azərbaycanda, həm də Avropada yaxşı nəticələr qazanıb. Arzu edərdim ki, Böyükağa Hacıyevin gözstərdiyi nəticələri nəinki yerli, əcnəbi məşqçilər də qazansın.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video