"Bakı" futbolçusu Araujo Santosu (Etto) cəzalandıracaq. Bu barədə Qol.Az saytına klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
"Bakı"nın braziliyalı legioneri Azərbaycan Premyer Liqasının 31-ci turunda dünən "İnter"lə oyunda onu meydandan qovan görüşün baş hakimi Rəhim Həsənova kəllə vurub.
Y. Seyidovun sözlərinə görə, "Bakı" klubu Ettoya lazım olan cəzanı verəcək. Klub rəsmisi AFFA İntizam Komitəsinin futbolçuya veriləcək istənilən qərarı ilə razılaşacaqlarını deyib: "Sözsüz ki, Etto peşəkarlığa yaraşmayan hərəkətə yol verib. Ancaq oyun başa çatan kimi o, bizə yaxınlaşdı və etdiyi hərəkətə görə üzr istədi. Bugünkü məşqdən əvvəl isə bütün komandadan üzrxahlıq etdi. Futbolçu nə qədər emosional olsa da, belə hərəkətlərə yol verməməlidir. Hər bir futbolçu Azərbaycan futbolunun əsasnaməsinə və bağladığı müqaviləyə hörmət etməlidir. Meydançada futbol oynamaq lazımdır. Hakimlərə qarşı bu cür hərəkətlərə yol vermək olmaz. Baş məşqçinin qərarından sonra Etto cəzalandırılacaq”.
Y.Seyidov mövsümün sonunda müqaviləsi başa çatacaq Etton komandada qalıb-qalmayacağı haqda özünün bir şey deyə bilməyəcəyini söyləyib: "Komandada kimin qalmasına və ya getməsinə klub prezidenti Hafiz Məmmədov və baş məşqçi Milinko Pantiç qərar verir. Bu gün Pantiç Hafiz müəllimlə görüşüb. O, komandada görmək istədiyi və istəmədiyi futbolçuların siyahısını ona təqdim edib. Yəqin ki, yaxın vaxtlarda bu məsələlər həllini tapacaq".
Y. Seyidov "Bakı"nın Avroliqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "Hələ ki, nəzəri cəhətdən şansımız qalır. Ancaq bu, çox çətin olacaq. "Neftçi"nin kuboku qazanacağı təqdirdə çempionatı dördüncü yerdə bitirən komanda Avroliqada oynaya bilər. Bu mənada şansımız qalır. Ancaq çempionat da hələ davam edir. "Bakı" sona qədər bu mübarizədə var və mövsüm başa çatmamış hansı komandanın Avroliqadan kənarda qalacağını demək olmaz".
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video