"Neftçi" klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Rəvan"la qarşılaşdıqları ilk oyunu (1:1) haqda Qol.Az saytının suallarını cavablandırıb.
- "Neftçi" cütün aşkar favoriti sayılsa da, "Rəvan"a qalib gələ bilmədi...
- Görüşün sonuna qədər "Rəvan"ın qapısı qarşısında təhlükə yaratdıq. Ancaq cəmi bir qol vura bildik. Rəqib isə 90+2-ci dəqiqədə cavab qolunu vurdu. Deyərdim ki, bəxtimiz də gətirmədi. Çünki xeyli qol imkanımız var idi. Ancaq neyələmək olar? Cavab matçında "Neftçi"nin nəyə qadir olduğunu sübut etməliyik.
- Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nə oldu?
- Əsas səbəblərdən biri odur ki, bir neçə qol imkanından yararlana bilmədim. Hər kəs öz oyununu təhlil etməlidir. Şəxsən mən özümü günahkar hesab edirəm. Çünki 2-3 real qol imkanını boşa verdim. Onlardan birini qola çevirsəydim, qalib gələcəkdik. Futbolda belə hallar baş verir. Həmin epizodları qola çevirməyi heç kim mənim qədər istəyə bilməz. Son dövrlər meydana az çıxdığım üçün oyun təcrübəsindən əziyyət çəkirəm. Təbii ki, müntəzəm oynayan futbolçu sərbəst olduğundan qol imkanlarından daha yaxşı yararlanır. Mən isə 4-5 oyundan bir meydana çıxıram. Təbii ki, bunun da günahkarı özüməm. Arzum idi ki, "Rəvan"la görüşdə komandamın qələbə qolunu vurum. Çox təəssüf ki, alınmadı.
- Bəlkə, rəqibi düzgün qiymətləndirməmisiniz?
- "Rəvan"ı bizimlə müqayisə etmək düzgün olmaz. Çünki "Neftçi" daim çempionluğa oynayır. Ardıcıl üç ilin çempion olmuşuq. Dünənki nəticə isə təsadüf idi. Cavab görüşündə də bunu sübut edəcəyik.
- Yəni "Rəvan" sizin üçün sürpriz etdi?
- Əlbəttə. Bu da futbolun gözəlliyidir. Autsayder komandanın liderlər qrupunda olan "Neftçi" ilə heç-heçə etməsi futbola marağı artırır. Lakin bunlar hamısı cavab görüşünə qədərdir. Başqa yolumuz da yoxdur. Çempionluğu qazana bilmiriksə, kuboku götürməliyik.
- Artıq çempionluqdan əlinizi tam üzmüsünüz?
- Bəli, artıq bununla barışmaq lazımdır. Arzum o idi ki, "Neftçi" ilə ardıcıl dördüncü çempionluğu qeyd edim. Ancaq bu dəfə alınmadı.
- Buna nə mane oldu?
- "Xəzər Lənkəran"la oyunda komandamızın 4-5 futbolçusu cəzalandırıldı. Onlar komandanın liderləri idi. Həmin görüşdən sonra "Neftçi" özünə gələ bilmədi. Məncə, qırılma nöqtəsi "Xəzər Lənkəran"la gəmin görüş oldu.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi