"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə məğlub etdikləri ilk oyunundan sonra Qol.Az saytının suallarını cavablandırıb.
- "Xəzər Lənkəran" üzərində qazanılan böyükhesablı qələbə haqda fikirlərinizi bilmək istərdik.
- Görüş çox gərgin keçdi. Məlumdur ki, həm bizim, həm də "Xəzər Lənkəran"ın Avroliqaya düşmək üçün əsas yolu kubokdan keçir. Son oyunlardakı məğlubiyyətlər bizi kubok oyununa daha çox istiqamətləndirirdi. Futbolçularımız sağ olsunlar, sona qədər əzmkar oyun güstərdilər və layiqli qələbə qazandılar.
- Qazanılan bu nəticəni "Qəbələ"nin finala çıxması üçün yetərli saymaq olar?
- Demək olar ki, komandamız rəqib meydanında çox rahat oynayacaq. Bəli, 3:0 hesablı qələbə finala çıxmaq şansımızı artırıb. Ancaq arxayınlaşmaq olmaz.
- "Qəbələ"nin baxımlı oyunun şahidi olduq. Bu görüşün komandanın Avroliqaya vəsiqə qazanmaq üçün son şanslarından biri olduğunu nəzərə alan klub rəhbərliyi futbolçular və məşqçi heyəti ilə xüsusi söhbət etmişdi?
- Komanda ilə danışığımız həmişə olur. Futbolçular özləri də bilirdilər ki, son şanslarıdır. Ona görə də onlarda əzmkarlıq yüksək səviyyədə idi. Qələbə qazanmaqla bağlı futbolçulara tapşırıq verilmişdi. Bütün komanda yaxşı başa düşürdü ki, məğlub olmaqla nələrdən məhrum ola bilərik.
- Komandanız kubok oyunlarında inamlı çıxış etsə də, çempionatda uğursuz nəticələrlə yadda qalır. Sizcə, bu qələbə ilə komandanı özünə gələ biləcək?
- Bəli, məncə, "qara zolaq"dan çıxmaq üçün komandaya qələbə çox lazım idi. Azarkeşlərdə küskünlük var idi. İnanıram ki, uğursuzluğa son qoyuldu.
- Razısınız ki, "Qəbələ"nin avroliqaya vəsiqə qazanmaq üçün bir yolu qalıb ki, o da kuboku qazanmaqdır?
- Reallıq budur. Turnir cədvəlinə baxanda görünür ki, Avropaya çıxmaq üçün şansımız kubok oyunlarında qalıb.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video