"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyev Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının son turunda "Rəvan" üzərində qələbədən (5:1), növbəti turda "Simurq"la keçiriləcək qarşılaşmadan və gələcək karyerası haqda danışıb.
- Azərbaycan Premyer Liqasının 30-cu turunda "Rəvan"ı məğlub etməklə ardıcıl 7-ci qələbənizi qazandınız...
- Rəqib oyuna yaxşı başlamışıd. Bərabər səviyyəli mübarizə gedirdi. Ancaq sonradan üstünlüyü ələ aldıq. Demək olar ki, istədiyimiz hər şey alınırdı. Rəqib müdafiə futbolu oynasa da, beş qol vura bildik. Belə hesabla qalib gəlmək sevindirici haldır. Ancaq bu qələbəni artıq unutduq. Bütün fikirlərimizi gələn oyuna yönəltmişik.
- Növbəti turda sizin üçün bu mövsüm ən çətin rəqiblərdən olan "Simurq"la qarşılaşacaqsınız.
- "Simurq"un son oyunlarına baxanda bu komandaya rəğbətim artdı. Yaxşı futbolçulardan ibarət güclü kollektivləri var. "Qarabağ"dan sonra ən az qol buraxan komandadır. Bu, adi göstərici deyil. Güclü oyunçuların nəticəsində belə nəticə qazanıblar. Rəqibin oyun üslubu da "Qarabağ"a bənzəyir. Belə komandalarla oynamaq çox çətindir. Zaqatalada həmişə çətin oyunlarımız olub. Süni örtüklü meydançada oynamaq bir qədər işimizi çətinləşdirir. Rəqib artıq həmin meydançada oynamağı öyrənib. Bununla belə səfərə ancaq qələbə üçün gedirik. İstəyimizə çatmaq istəyiriksə, hər oyun qalib gəlməliyik.
- Bir məqam da var ki, "Smurq""Qarabağ"ın bu mövsüm qalib gələ bilmədiyi, hətta qol vura bilmədiyi komandadır.
- Qalib gələ bilməsək də, uduzmamışıq da. Hər üç görüşdə heç-heçə qeydə alınıb. Komandalar bir-birinə qol vura bilməyib. Bu dəfə çalışacağıq ki, qalib gələk və tilsimi qıraq. İnanıram ki, ən azından rəqib qapısına qol vura biləcəyik.
- Növbəti turda "Qarabağ"ın çempionluğunu rəsmiləşdirməsi də mümkündür. Bu haqda düşünürsünüz, yoxsa "Neftçi" və "İnter"in xal qazana bilməməyi inandırıcı görünmür?
- "Neftçi" və "İnter"dən 13 xal irəlidə olmağımız böyük üstünlükdür. Bunun nəticəsində sərbəst oynayırıq və qələbələrimizi sıralayırıq. Ancaq gözləmirik ki, "Neftçi" və ya "İnter" kiməsə uduzsun. Biz ancaq öz gücümüzə inanırıq. Rəqiblərimizi məğlub etməyi düşünürük. Buna görə də bizi "Neftçi" və "İnter"in oyunu maraqlandırmır. "Simurq"a qalib gəlsək, vəziyyət bir qədər də aydınlaşacaq. Hər halda növbəti turd çempionluğu rəmiləşdirmək öz əlimizdə deyil.
- Premyer Liqanın 32-ci turunda "Neftçi" ilə qarşılaşmada çempion olmağınız üçün hər şey sizdən asılı olacaq. Təbii ki, bu turda "Simurq"a qalib gəlsəniz.
- Bəli, həmin qarşılaşmada hər şey həll oluna bilər. Ancaq yenə də ilk növbədə "Simurq"u məğlub etməliyik.
- "Qarabağ" sona bir neçə tur qalmış çempion olmağı hədəfləyib?
- Bizim bir hədəfimiz var - çempion olmaq. Bunun nə vaxt baş verəcəyi Allahın işidir. Əlbəttə ki, istəyirik ki, mümkün qədər tez çempion olaq. Ancaq heç bir işdə tələsmək olmaz. Hər şeyin öz vaxtı var.
- Bildiyimizə görə, "Qarabağ"la müqavilən davam edir. Komandanla yeni sözləşmə haqda danışıqların olub?
- Gələn möcsümün sonuna qədər müqaviləm var. Hələ ki, bu haqda düşünmürük. Bütün fikirlərimiz oyunlardadı. Başqa şey haqda fikirləşmirəm.
- Digər klublardan təklif almısan?
- Hamı bilir ki, "Qarabağ"da xoşbəxtəm, bu komandanın sadiq oyunçusuyam. Müqaviləm də davam etdiyi üçün təklif almamışam. Özüm də heç yerdən təklif gözləmirəm. Məncə, "Qarabağ"la danışıqlara ehtiyac yoxdur. Belə davam etsə, elə "Qarabağ"da qalacam.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu