"Qəbələ" klubunun yarımmüdafiəçisi Nizamı Hacıyev Qol.Az saytına müsahibəsində ölkə kubokunun yarımfinalında sabah "Xəzər Lənkəran"la keçiriləcək oyundan və klubu ilə mövcud müqaviləsindən danışıb.
- Sabah ölkə kubokunun yarımfinal mərhələsində "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Çempionatdakı son uğursuz nəticələrdən sonra komandada ab-hava necədir, toparlana bilmisiniz?
- Bütün komanda ilə sabahkı oyunu müzakirə etmişik. Hamı dərk edir ki, "Xəzər Lənkəran"la oyun bizə nə verə və ya nəyi əlimizdən ala bilər. Artıq bizim üçün itiriləsi heç nə yoxdur. Çempionatda 5-ci pillədə qərarlaşmışıq. Hamımız bilirik ki, kuboku qazanmalıyıq. Komandanın işləri yaxşı getməsə də, müəyyən vaxtlarda toparlanmağı bacarmalıdır. Əgər avrokuboklarda oynamaq istəyiriksə, sabah hər bir futbolçumuz yeri gəlsə, canından da keçməlidir.
- Razısan ki, "Qəbələ"nin avrokuboklarda oynamaq üçün yolu yalnız ölkə kubokundan keçir?
- Çempionatın başa çatmasına həkə altı tur qalıb. Buna görə də indidən bir söz deyə bilmərəm. Ancaq təbii ki, Avropaya getməyin ən qısa yolu kuboku qazanmaqdır.
- Qış fasilsəindən sonra "Qəbələ" öz meydanında qələbə qazana bilməyib. "Xəzər Lənkəran"la ilk oyunun Qəbələdə keçirilməsinin sizin üçün xeyri olacaq?
- Bunu müsbət qiymətləndirərdim. Hər halda qol buraxmadan minimal hesabla belə qalib gəlsək, rəqib meydanında oynamaq bizim üçün asan olacaq. Uğursuzluq isə iki aydır bizdə davam edir. Onsuz da "qara zolağ"a düşmüşük. Fərqi yoxdur, səfərdə oynadıq, yaxud evdə. Hər bir komandada belə hallar baş verir və hansısa bir üsulla vəziyyətdən çıxırlar. Biz də bunun bir yolunu tapacağıq. Çempionatı da unutmalı və sabahkı görüşə son oyunumuz kimi yanaşmalıyıq. Əgər bu fikirlə meydana çıxsaq, qələbə qazanacağıq. Şəxsən mənim üçün sabah final matçı kimi olacaq. Qalib gəlsək, biləcəm ki, nəsə əldə etmişik.
- Komanda yoldaşların Dodo və Ebesilyo cəzalı durumda olduqlarından bu görüşü buraxacaqlar. Bu itkilər oyununuza təsir edə bilər?
- Məncə, hansısa futbolçunun yoxluğu komandanın nəticə qazanmasına təsir etməməlidir. Kimin oynamasından asılı olmayaraq, hər kəs fikirləşməlidir ki, biz qalib gəlməliyik. Bunu tək mən yox, hər bir yerli və legioner futbolçu düşünməldir.
- Səncə, legionerlər də sənin kimi düşünür?
- Əgər onların ailəsi bu klubdan qazanılan pulla dolanırsa, borcludurlar ki, meydanda bütün güclərini sərf etsinlər. Yəqin ki, hamımızın fikri eyni olsa, nəticə qazanarıq. "Qəbələ" klubu bizim ikinci ailəmizdir. Ailə üzvlərimizdən çox klubdakı insanları görürük. Əgər futbolçu peşəkardırsa, oyuna canını qoymalıdır.
- Bəlkə, qeyd etdiyin ailə anlayışı legionerlər üçün yaddır?
- Əgər legionerlər klub rəhbərliyinin komandaya ayırdığı diqqəti görürsə, burdan qazandığı pulla ailəsini saxlayırsa, bizim qədər can yandırmalıdır. Əgər bunları etmirlərsə, onları nəinki futbolçu, heç adam da saymıram. Mənə uşaq vaxtı bunu öyrədiblər. Tərlan Əhmədov, Vidadi Rzayev kimi şəxslər mənə futbolu necə oynamağı başa salıblar.
- "Qəbələ" ilə müqavilən nə vaxt başa çatır?
- Bu ilin may ayında.
- Digər klublardan təklif almısan?
- Yerli klublardan heç biri ilə danışıq aparmaq fikrim yoxdur. İlk növbədə "Qəbələ" ilə müzakirələrə başlayacam. Sonra isə təkliflərə baxacam. Çox güman ki, gələn mövsüm "partlayış" edəcəm. Özüm heç kimlə danışmamışam. Xarici bir klub agentimlə danışıqlar aparır. Komandanın hansı ölkəni təmsil etdiyini sirr saxlamaq istəyirəm. Ancaq may ayının 10-na qədər harada oynayacağım dəqiq bilinəcək.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video