"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın son turunda "Xəzər Lənkəran"la keçirilmiş oyundan (2:2), komandasının avroliqaya vəsiqə qazanmaq şanslarından və növbəti turda "İnter"lə qarşılaşacaqları görüşdən danışıb.
- "Xəzər Lənkəran"la oyundan başlayaq. Komandanız çətinliklə məğlubiyyətdən qaçdı.
- "Xəzər Lənkəran" hazırda aşağı pillələrdə qərarlaşmağına baxmayaraq, həmişəki kimi bu dəfə də oyun ağır keçdi. İki fərqli hissə oldu. İlk yarıda demək olar ki, heç nə etmədik. Rəqib isə şanslarından istifadə edib, iki qol vurdu. İkinci hissədə isə daha yaxşı oynadıq və hesabı bərabərləşdirə bildik. Qalib də gələ bilərdik, ancaq hesabımıza bir xal yazdırmağımız da pis olmadı. Əslində qələbə bizə hava və su kimi lazım idi. Çünki "Neftçi" və "İnter"dən aralanmaq istəmirdik. Ancaq qalib gələ bilməsək də, məğlub da olmadıq. Şanslarımızdan istifadə edə bilsəydik,
üç xalı qazanardıq.
- Bu xal itkisi "Bakı"nı yuxarı pillələrdə olan rəqiblərindən bir qədər də uzaqlaşdırdı. İndi "İnter" və "Neftçi" sizi 5 xal qabaqlayır. Bu xal fərqini aradan qaldırmaq mümkün olacaq?
- Hələ heç nə itirilməyib. Qarşıdakı turlarda maksimum xal qazanmağa çalışacağıq. İnanıram ki, avroliqaya vəsiqəni təmin edə bilərik. Növbəti 6 turda turnir cədvəlində fərqli mənzərənin şahidi ola bilərik.
- "Xəzər Lənkəran"la oyuna qayıdaq. Rəqib komanda hakimin təyin etdiyi penalti qərarlarına kəskin etirazını bildirib. Xüsusilə ilk penaltidə sənə qarşı qayda pozuntusunun olmadığı iddia edilir.
- Bildiyim odur ki, topu qarşıma atıb qaçanda rəqib futbolçu məni vurdu. Əsas müzakirə mövzuzu isə rəqibin məni cərimə meydançasından çöldə və ya içəridə vurması oldu. Həmin epizodun videoyazısına baxmışam. Məncə, penalti var idi. Ancaq qərarı hakim verir. Onun hansı qərarı verməyinin mənim üçün fərqi yox idi. Yəni penalti verməsə də, etiraz etməzdim. Hakimin hər bir qərarı ilə razılaşmaq lazımdır. Qərarı nə dəyişmək, nə də düzəltmək olmaz. Baş məşqçi tapşırıb ki, bütün standart vəziyyətləri mən yerinə yetirim. Ona görə hər iki qolu penaltidən mən vurdum. Qeyd etdiyim kimi, hər iki epizodda penalti var idi. Bu söhbəti şişirtmək lazım deyil.
- Son turlarda komandanızda xeyli itkilər var. Bu, oyununuza necə təsir edir?
- Bəli, xüsusən də hücum xəttindəki çatışmazlıqlar bizə böyük çətinliklər yaradır. Futbolda belə şeylər tez-tez baş verə bilər. Əsas odur ki, meydanda olan futbolçular 10 nəfər olsalar belə, bütün gücünü ortaya qoysunlar. Təbii ki, Rauf Əliyevin yoxluğu özünü göstərir. Rauf Azərbaycanda seçilən hücumçulardandır.
- Sən də uzun müddət zədədən əziyyət çəkdin. Ancaq son iki turda pis təsir bağışlamadın.
- Demək olar ki, 4-5 ay futbol oynamadım. Futboldan xeyli uzaqlaşmışdım. Eyni yerdən iki dəfə zədə aldım, daha sonra qabırqam əzildi. Şükürlər olsun ki, zədəmi tam bərpa etmişəm. Formamı yığmağa çalışıram. Ancaq hazırda əvvəlki formamdan çoz uzağam. Dərk edirəm ki, qarşıda bizi çox ağır oyunlar gözləyir. Komandama xallar lazım olduğunu bilirəm. Hər bir oyunçu fikirləşməlidir ki, avroliqaya vəsiqə qazanmaq üçün meydanda can qoymaq lazımdır. Mən də çalışıram ki, potensialımdan maksimum istifadə edib, "Bakı"nın uğurlarında pay sahibi olum.
- Topaz Premyer Liqanın növbəti turunda sizi "İnter"lə çətin və vacib qarşılaşma gözləyir. Uğursuz nəticə komandanızın avroliqa ümidini heçə endirə bilər. Rəqibiniz haqda nə deyə bilərsən?
- Gördüyünüz kimi, "İnter" son turda "Neftçi"ni məğlub etdi. Bu da onların gücündən xəbər verir. Çox güclü baş məşqçiləri var. "İnter" bir qədər müdafiəyəmeyilli oynayır. Əks hücumlarda isə çox təhlükəlidirlər. Bunların hamısını nəzərə alacağıq. Oyun gününə qədər rəqibi daha ətraflı analiz edəcəyik. Öz meydanımızda qalib gəlmək şansımız çoxdur.
- Ancaq bu mövsüm "Bakı" "İnter"ə qalib gələ bilməyib.
- Bəli, ilk oyunda uduzmuşuq, digər iki görüşdə isə heç-heçə etmişik. Ancaq həmin ounlar arxada qalıb. Bu mövsüm "İnter"ə qalib gələ bilməməyimiz heç bir anlama gəlmir. Əsas növbəti oyunu düşünmək lazımdır.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video