AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Qol.Az saytına müsahibəsində komandasının uğursuz çıxışlarından və problemlərindən danışıb
- Uzun müddətdir ki, AZAL məğlubiyyətlərdən yaxa qurtara bilmir. Artıq komandanı yaxından tanıyan şəxs kimi AZAL-da hansı problemlərin olduğunu deyə bilərsiniz?
- Qış fasiləsində yaxşı transfer olunmayıb. Komandada lider oyunçu yoxdur. Futbolçularda özünəqapanma, inamsızlıq var. Bunları tədricən aradan qaldırırıq. Qış fasiləsindən sonra ardıcıl məğlubiyyətlər futbolçularda uğursuzluq sindromu yaradıb. Fikir verin, "İnter" mövsümün əvvəllərində autsayderlər qrupunda idi. Ancaq sonradan komanda lider futbolçuları sayəsində özünə gələ bildi. Ancaq bizdə həmin üstün keyfiyyətlərə malik oyunçu yoxdur.
- Sizin təyinatınızdan sonra da komanda hər üç oyunda məğlub oldu.
- "Bakı" və "Sumqayıt"la oyunda futbolçular müəyyən tələbləri yerinə yetirdilər. "Qarabağ"la görüşdə isə 20-ci dəqiqədən sonra oyunumuzdan əsər-əlamət qalmadı. Bu gün AZAL-da nə lider var, nə də oyunu dəyişə biləcək futbolçu. Görürəm ki, artıq futbolçular məğlubiyyətlə barışıblar. Hər dəfə onlarla söhbətimdə bildirirəm ki, həyatda da insan çətinliklərə üzləşə bilər. Ancaq bununla barışmaq yox, mübarizə aparmaq lazımdır. Bizim futbolçular isə məğlubiyyətə adi hal ikimi baxırlar. Sanki buna vərdiş ediblər.
- AZAL-ın futbolçularında əvvəlki kimi əzmkarlıq, qələbə istəyi də yoxdur...
- Bəli, çoxunda qələbə istəyi də qalmayıb. Sanki mövsümün sonunu gözləyirlər ki, çempionat başa çatsın və komanadanı tərk etsinlər. Ancaq çoxları dərk etmir ki, burdakı ardıcıl məğlubiyyətlər, AZAL-ın turnir cədvəlindəki mövqeyi onların imicinə təsir edəcək. Həmin futbolçular hər hansı bir kluba keçəndə onların statistikasına baxacaqlar. Bunları oyunçulara da deyirəm. Dəfələrlə bildirmişəm ki, bizim itirəcəyimiz heç nə yoxdur. Meydana çıxıb, sərbəst oynamaq lazımdır. Cəmi bir qələbə ilə komanda öz ruhunu qaytara bilər. Onsuz da heç bir iddiamız yoxdur. Buna görə də futbolçuların üzərində təzyiq olmamalıdr. Ancaq onlar taleləri ilə barışıblar. AZAL-da problemlər çoxdur. Hamısını da demək olmur.
- Ola bilərmi qeyd etdiyiniz səbəblərə görə mövsümün sonunda bir çox futbolçulardan imtina edilsin?
- Onsuz da, mövsümün sonunda heyətə yeni futbolçular cəlb olunacaq. Artıq göndəriləcək futbolçuların siyahısı bəllidir. Kimlərin gedəcəyini bilirəm. Ola bilər ki, hansısa futbolçu haqda yalnış fikirdəyik. Yəni qarşıdakı yeddi turda kimlərsə özünü yaxşı tərəfdən göstərə bilər. Ancaq hər halda göndəriləcək futbolçular bəllidir. Onların adlarını açıqlamaq düzgün olmazdı. Komandaya yeni nəfəs gətirmək üçün bir sıra mövqelərə futbolçular cəlb edəcəyik.
- Topaz Premyer Liqanın növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacağınız oyun haqda nə düşünürsünüz?
- Hər bir oyuna qələbə üçün çıxırıq. İstəyirik ki, AZAL-ın əvvəlki imicini geri qaytaraq. "Qəbələ" ilə səfər oyununda da çalışacağıq ki, bacardığımız qədər gözəl oyun nümayiş etdirək və üç xalla geri dönək. Bir xal da bizim üçün pis olmaz. Çünki komandanın hər hansı bir uğuru özünəinam hissini qaytaracaq. Qismət nədirsə, o da olacaq. "Qəbələ" də hazırda yaxşı dövrünü yaşamır. Komanda kubokda mebarizə aparsa da, çempionatda uğursuz zolağa düşüb, əvvəlki oyununu göstərə bilmir. Buna baxmayaraq, bizi Qəbələdə asan oyun gözləmir. Əlimizdə olan materialdan istifadə edib, maksimum nəticə əldə etməyə çalışacağıq.
- Son dövlər bacarığı ilə seçilən qapıçı Ruslan Məcidovu Cahangir Həsənzadə ilə əvəzlədiniz...
- AZAL-a gələndən sonra elə bir futbolçu yoxdur ki, ona şans verməyim. Həm Ruslanı, həm də Cahangiri yaxşı tanıyıram. AZAL-ın ardıcıl məğlub olduğu 7-8 oyunda qapını Ruslan qoruduğu üçün dəyişiklik etmək lazım idi. Cahangirin də potensialından istifadə etməliyik. Həm də Ruslanın dizində poblem var idi. Biz heç kimi siyahıdan çıxarmırıq. Ruslanı ehtiyata atmamışıq. Qarşıdakı turlarda o da meydanda olacaq. Hamını tanımaq üçün, kimlərin rəqabətə tab gətirəcəyini bilmək üçün hər bir futbolçunu sınaqdan keçirməliyik.
Ramiq AĞAMƏMMƏDOV
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
"Komandamla qürur duyuram" - "İmişli"nin baş məşqçisi
“İmişli”yə texniki məğlubiyyət veriləcək
“Qarabağ”ın 4 oyunu İTV-də
"Turan Tovuz" - "Qəbələ": Heyətlər
Flik İspaniya millisinə gileyləndi
“Fənərbaxça” - “Trabzonspor” oyununun vaxtı dəyişdirildi
"İmişli" - "Sumqayıt": Heyətlər
Millimiz Monteneqro ilə qarşılaşacaq
"Mançester Siti"nin futbolçusu 7 oyunu buraxacaq
“Qarabağ”ın qapıçısı mükəmməl oynadı” - Ruan Renato
Nuri Şahin Superliqa klubunda
"Elə şeylər var ki, puldan üstündür" - Elvin Məmmədov
1-ci liqada 5 oyunun vaxtı açıqlandı
"Qarabağ"a qalib gəlməliyik" - "Benfika"nın baş məşqçisi
Antoni Marsial bu klubda
Azərbaycan boksçuları dünya çempionatında 2 medal qazandılar
"Benfika"dan heç-heçə
"Bayer" "Ayntraxt"a qalib gəldi
"Qarabağ" - "Zirə" matçında vurulan qollar - Video
Millimiz böyük hesabla Gürcüstana uduzdu
"Yerli məşqçilərə güvənmək lazımdır" - Qurban Qurbanov
"Mövzuya bir daha qayıtmayacağam" - Rəşad Sadıqov
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
"Şəfa" və "Səbail"dən qələbə
"Daha aqressiv kollektiv görmək istəyirik" - Adil Şükürov
"Daha da yaxşı olmalıyıq" - Elmar Baxşıyev
"Turan Tovuz" futbolçularını "Qəbələ" və "Kəpəz"ə verdi
"Qarabağ" - "Zirə": Heyətlər
“Mançester Yunayted”də Onananın gedişinə görə rahatlıq
Millimizin yekun heyəti müəyyənləşdi
Təxirə salınan “Sabah” – “Qarabağ” matçının vaxtı bilindi
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı