"İnter" klubunun kapitanı Vaqif Cavadov Qol.Az saytına müsahibə verib. Milli komandamızın üzvü "İnter"in Topaz Premyer Liqada çıxışlarından danışıb. Həmçinin o, yerli hücumçularımızın azlığı və bu sahədə olan problemlərə toxunub.
- Kapitanı olduğun "İnter"in son dövrlərdəki çıxışları haqda fikirlərini öyrənmək istərdik.
- Komandamız üçün hər şey yaxşı gedir. Hər oyuna qələbə əzmi ilə çıxırıq və şükürlər olsun ki, yaxşı oyunlarımız olur, qələbələrimizi sıralayırıq. Bu da bizi sevindirir. Ancaq istərdik ki, indi yox, mövsümün sonunda sevinək. Buna görə də getdikcə oyunlara daha məsuliyyətlə yanaşırıq. Qarşıda ağır oyunlarımız var. İstəyirik ki, çempionatı yaxşı pillədə tamamlayaq. Axırıncı oyunumuz isə "Simurq"a qarşı oldu. Baxımlı oyun olmasa da, qalib gəlib, üç xalımızı qazandıq.
- Mövsümün əvvəllərində "İnter" autsayder idi. Komandanızın sonrakı inkişafını nə ilə bağlamaq olar?
- Bizi tənqid edənlər çox oldu. Bu tənqidlərdən nəticə çıxardıq. Mövsümə həddindən artıq pis başlamışdıq. Ancaq sonradan yeni oyunçularımız da komandaya uyğunlaşdılar. Hər kəs "İnter"ə nə üçün gəldiyini dərk etdi. Həmişə deyirdik ki, ruhdan düşmürük, çalışırıq. Zəhmətimizin bəhrəsidir ki, indi yuxarı pillələrdəyik. Onu da başa düşürük ki, üçüncü pillədəki yerimizi qorumaq bura qədər gəlməkdən daha çətindir. Buna görə də qarşıdakı turlarda bundan da artıq çalışmalıyıq.
- Topaz Premyer Liqanın növbəti turunda "Neftçi" ilə qarşılaşacaqsınız. Turnir cədvəlində yanaşı pillərdə olduğunuz üçün bu görüşü altı xallıq oyun da adlandırmaq olar.
- "Neftçi"yə qarşı oyunlarımız həmişə çətin olub. "Neftçi" üçün də bizimlə oynamaq asan deyil. Rəqibimiz bizi 3 xal qabaqlayır. Bu məqam oyunun əhəmiyyətini daha da artırır. Ancaq "Neftçi"yə adi rəqiblərimizdən biri kimi yanaşırıq. Güclü olan tərəf qalib gələcək.
- Sizi kubokdan "Neftçi" kənarlaşdırdı. Bu, sizdə oyuna əlavə motivasiya yaradıb?
- "Neftçi" adı elə motivasiyadır. Əlbəttə ki, istəməzdik ki, kubokda mübarizəni dayandıraq. Bildiyiniz kimi, hər iki görüşdə heç-heçə qeydə alındı. Yəni "Neftçi"yə uduzmadıq. İlk oyundan xeyli qol imkanlarından istifadə edə bilmədik. Səfər oyununda da rəqibdən pis oynamadıq. Ancaq nəticə "Neftçi"yə sərf etdi. Bu dəfə isə fikrimiz var ki, baxımlı oyun güstərməsək də, nəticəyə oynayaq və qalib gələk.
- "Neftçi"yə qarşı matçların əksəriyyətində fərqlənsən də, son vaxtlar qol vurmursan.
- Həmişə demişəm ki, məm hücumçu deyiləm, hücumameyilli oyunçuyam. Əsas odur ki, ötürmələr verirəm, komanda yoldaşlarım qol vurur. Bu, mənim üçün bəs edir.
- Mövsmünün əvvəllərində bombardirlər siyahısına başçılıq edirdin. İndi isə sanki qol vurmağa can atmırsan, əsasən ötürmələrə üstünlük verirsən.
- Məndən qol istəyirsinizsə, onda bütün hücumameyilli futbolçulara deyin ki, qol vursunlar. Hər oyun qol vura bilmərəm. Meydanda məndən başqa hücumçu da olur. Onlar da qol vura bilər. Əlbəttə, komanda yoldaşlarıma minnətdaram ki, onların sayəsində bu mövsüm bombardir olmuşam. Ancaq mən heç vaxt bunun arzusunda olmamışam. Komandama xeyir verirəmsə, mənə kifayət edir.
- Ümumiyyətlə yerli futbolçularımız legionerlərin kölgəsində qalır. Bunun səbəbi nədir?
- Nədənsə, yerli futbolçularımız çoxlu qol vuranda bu haqda heç kim danışmırdı. Biz bombardirlər sıyahısında yuxarı pillələrdə olanda heç kim bu haqda sual vermirdi. Məncə, hər bir yerli futbolçumuz sırf komandası üçün çalışır. Heç kim tək özünü fikirləşmir. Azərbaycanda Rauf Əliyevdən başqa hücumçu yoxdur. Biz hücumameyilli yarımmüdafiəçilərik. Rauf isə uzun müddət zədədən əziyyət çəkdi. Bununla belə, komandasının qollarının çoxunu o vurub.
- Yadındadırsa, bombardirlik sıyahısında birinci olduğun vaxt səninlə bu haqda müsahibə etmişdik. Bundan əlavə, yerli oyunçularımız ürəkaçan çıxış edirsə, bu haqda ortaya sual çıxmır. Bizim işimiz mövcud problemləri müzakirə etməkdir.
- Yadımdadır, danışmışıq. Qeyd etdiyim kimi, bizdə ümumiyyətlə, Raufdan başqa hücumçu yoxdur. Biz də istəyirik ki, qol vuran oyunçularımız olsun. Yəqin ki, vaxt gələcək ki, legionerləri üstələyəcəyik. Problemlərə gəldikdə isə, məndə heç bir problem yoxdur. Hər şey qaydasındadır. Son iki oyunda qol vurmamışam. Çalışıram ki, ötürmələr verim və digər futbolçularımız da qol vursun. Oyunlarıma fikir versəniz, görərsiniz ki, qol vurmaqdan çox, komanda oyununa üstünlük verirəm. Mənə lazım deyil ki, bombardir olum, təki ancaq komandam üst pillələrdə qərarlaşsın
- Çempionatın başa çatmasına yeddi tur qalıb. Bundan sonrakı mərhələ haqda nə düşünürsən?
- Qarşıdakı turda çox şeyə aydınlıq gələcək. "Rəvan" həmişə mübariz komanda olub. Əgər bu turda"Qarabağ"ı büdrədə bilsələr, birinci yer uğrunda intiriqa davam edəcək. Bilirsiniz ki, medallar uğrunda yarışan komandaların xalları bir-birinə çox yaxındır. Məncə, növbəti üç oyunda medal qazanacaq komandalar böyük ölçüdə bəlli olacaq.
- "Qarabağ" "Rəvan"a qalib gəlsə necə?
- Bununla "Qarabağ" çempionluğunu 80 faiz təmin etmiş olacaq. Ancaq biz yenə də çempionluğa oynayırıq. Sadəcə indi hər şey özümüzdən asılı deyil.
- "İnter"lə müqavilən nə vaxt başa çatır?
- Mövsümün sonunda.
- Klubla danışığa başlamısan?
- Hələ ki, heç bir danışığımız olmayıb. Əlbəttə, məni qane edən şərtlərlə razılığa gəlsək, "İnter"də qalacam.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video