"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın son turunda AZAL üzərində qələbədən (2:0), növbəti turda "Rəvan"la keçiriləcək oyundan və "Qarabağ"la mövcud müqaviləsindən danışıb.
- Topaz Premyer Liqanın son turunda AZAL-a qalib gəldiniz. Əvvəlki oyunlarla müqayisədə bu dəfə daha asan qələbə qazandığınızı demək olar?
- AZAL sona qədər müqavimət göstərdi. Əvvəldən də bilirdik ki, çətin qarşılaşma olacaq. Çünki AZAL-la Şüvəlandakı bütün oyunlarımız ağır keçir. Stabil olaraq neçə turdur, qələbə qazanırıq. Şükürlər olsun ki, bu dəfə də qalib gəlib, üç xalı qazandıq. AZAL elə bir komandadır ki, heç vaxt onlara qarşı oynamaq asan olmur, nəinki qələbə qazanmaq.
- Növbəti turda da "Qarabağ" üçün ilk dövrələrdə arzuolunmaz rəqiblərdən olan "Rəvan"la qarşılaşacaqsınız.
- Bəli, AZAL, "Rəvan" və "Simurq" bu mövsüm bizə başağrısı olub. Əsasən bu komandalarla oyunda xal itirmişik. "Rəvan" da onlardan biridir. İlk iki dövrədə "Rəvan"a qalib gələ bilməmişik. Yalnız sonuncu qarşılaşmada çətinliklə qələbə qazandıq. Bu dəfə də bizi asan oyun gözləmədiyini bilirik.
- Kubokda da mübarizəni davam etdirən "Rəvan"ı bu dəfə məğlub etmək çətin olmamalıdır...
- AFFA-nın son qərarına əsasən bir klub güclülər dəstəsini tərk edəcək. "Rəvan" sonuncu pillələrdə qərarlaşdığı üçün düşünürəm ki, onlar üçün çempionat oyunu daha vacibdir. Buna görə də "Rəvan" bizimlə oyuna uduzmaq üçün çıxmayacaq.
- Topaz Premyer Liqanın 32-ci turunda "Neftçi" ilə qarşılaşacağınız oyun həlledici ola bilər?
- Hazırda ancaq "Rəvan"la oyunu düşünürük. Üç turdan sonra "Neftçi"ni öz meydanımızda qəbul edəcəyik. Bəli, bu görüş çox vacibdir, çox şeyi həll edə bilər. Ancaq həmin görüşdən əvvəl qeyd etdiyiniz məsələni düşünə bilərik. İndi isə problemimiz "Rəvan"dır. Hər bir oyuna ayrı-ayrı yanaşmaq lazımdır.
- "Qarabağ"la mövcud müqavilən mövsümün sonunda başa çatacaq. Klubla danışıqlara başlamısan?
- Çalışıram ki, çempionat başa çatdıqdan sonra bu barədə müzakirə aparaq. İndi belə məsələlərlə başımı qatmaq istəmirəm. Çünki istər-istəməz çempionatın gərgin dövründə fikrimi yayındıra bilərəm. Klubla ortaq məxrəcə gəlsəm də, gəlməsəm də, bunu mövsümün sonunda müzakirə etməyə qərar vermişik.
- Məsələ ilə bağlı klubun fikrini öyrənmişik. "Qarabağ" səninlə müqaviləni artırmaq istəyir.
- Bilirəm, mənə klub tərəfindən yeni müqavilə təklif olunub. Ancaq sonradan belə məsləhət oldu ki, çempionat sona çatandan sonra ətraflı danışıb, razılaşarıq.
- "Qarabağ"ın direktoru Əmrah Çəlikəl sənin "Qarabağ"a ürəkdən bağlı olduğunu və bağlanacaq müqavilənin formal olacağnı bildirib.
- Təbii ki, "Qarabağ"a ürəkdən bağlıyam. Son illərdə bu komanda ilə futbol karyeramın yaxşı günlərini keçirmişəm. Klubda mənə qarşı çox yaxşı rəftar edirlər. "Qarabağ"da hər iş yüksək səviyyədə qurulub. Buradakı futbol karyeramdan məmnunam. Ancaq futbol elədir ki, müzakirə olunası bir çox məsələlər var. Mövsümün sonunda bütün detalları müzakirə edəcəyik. Ortaq məxrəcə gəlsək, müqavilənin müddətini uzadacam.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video