"Bakı" klubunun yarımmüdafiəçisi Cavid Hüseynov Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın son turunda "Neftçi"yə məğlub olduqları oyundan (0:1) danışıb, komandasının avroliqaya vəsiqə qazanmaq şanslarını dəyərləndirib.
- Topaz Premyer Liqanın 29-cu turunda "Neftçi"yə uduzdunuz. Qarşılaşma haqda fikirlərini bilmək istərdik.
- Məğlubiyyət bizi çox üzdü. Çünki xal baxımından geri düşdük. Hər dəfə zədəlilərimizin olduğunu qeyd edirdik. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik. Heyətimizdə itkilər olduğu üçün oyuna ikiqat motivasiya olmuşduq. Qarşılaşma hər iki komandanın hücumları şəraitində keçdi. Sadəcə olaraq "Neftçi" bir fürsətdən yararlandı və qalib gəldi.
- "Bakı"nın hücumları kifayət qədər idi. Ancaq sonda rəqib qalib gəldi. "Neftçi" sizi nədə üstələdi?
- Biz yalnız rəqibin cərimə meydançasına qədər gedirdik. Son nöqtəni qoya bilən futbolçu lazım idi. Bizdə isə belə futbolçu olmadı. Rauf Əliyevin yoxluğu çox hiss olundu.
- Demək olarmı "Bakı" da Rauf Əliyevi əvəzləyəcək hücumçu yoxdur?
- Bəli, bu gün digər hücumçularımızdan biri olan Marius Pena da formada deyil. O, əvvəllər yaxşı oynasa da, bu gün hücumda istənilən effekti vermir. Çünki bir neçə ay ehtiyatda qaldı. İndi isə birdən-birə yaxşı oynaya bilməz. Buna görə də Raufun yoxluğunu hiss etdik. Bundan başqa Namiq Ələsgərov da zədəli olduğu üçün oynamadı. Bilirsiniz ki, o da son vaxtlar yaxşı formadadır. Əvəzində Əfran İsmayılov bizə kömək etdi. O isə altı aydır meydana çıxmırdı və bu görüşdə 90 dəqiqə oynadı. Buna görə də Əfranı da qınamaq olmaz. Gördüyünüz kimi, həm Əfran, həm də mən ötürmələrlə rəqibin cərimə meydançasına qədər gəlirdik, ancaq qol vurmağa nəsə çatmırdı.
- Bu məğlubiyyət "Bakı"nın avroliqaya vəsiqə qazanmaq şansını azaltdı...
- Hazırda ikinci pillədən altı xal geri qalırıq. Qarşıda isə yeddi oyun qalıb. Təbii ki, bu oyunlarda çox dəyişiklik ola bilər. Qısa olaraq onu deyim ki, sonuncu iki turda hər şey müəyyənləşəcək. "Qarabağ"dan başqa heç bir komanda indidən avroliqaya düşəcəyini deyə bilməz.
- "Bakı" kubokdan əlini üzəndən sonra komandanızın çempionatda daha yaxşı çıxış edəcəyi gözlənilirdi. Ancaq əksinə oldu, "Bakı"nın oyununda eniş hiss olunur.
- Ola bilər ki, nəticəmiz ürəkaçan deyil. Ancaq bunu oyunumuz haqda demək düzgün olmazdı. Son həftə də çox yaxşı hazırlaşmışdıq. Sadəcə olaraq heyətdə itkilərimiz oldu. Həm də son oyunu səfərdə keçirdik. Bundan sonrakı oyunlarımız isə öz meydanımızda olacaq. Çalışacağıq ki, doğma meydan amilindən maksimum yararlanaq.
- Növbəti turda rəqibiniz kubok oyunlarına köklənən və çempionatda heç bir iddiası olmayan "Xəzər Lənkəran"dır. Qeyd etdiyim amillər "Bakı"nın işinə yaraya bilər?
- "Xəzər Lənkəran" çempionatdan əlini üzsə də, "Qəbələ" ilə oyunları bunu demədi. Yəni "Qəbələ"ni məğlub yola salmaları "Xəzər Lənkəran"ın çempionat oyunlarında da biganə yanaşamadığını, imici qorumaq istədiyini göstərdi. Buna görə də biz rahat olmamalıyıq, var gücümüzlə oynamalıyıq. Çünki itiriləcək xalımız yoxdur. Buna qədər çox xal itirmişik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video