"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidovun Qol.Az saytına müsahibəsi
- "Bakı"nın sön dövrlər göstərdiyi oyun və bugünkü nəticəsi haqda fikirlərinizi bilmək istərdik.
- Düzdü, hazırda "Bakı" çempionluq yarışından geri düşüb. Ancaq bu, komandamızın çempionatda zəif çıxış etməsinin göstəricisi deyil. "Bakı" klubu gələcək üçün böyük işlər görür və bu istiqamətdə işlər davam etdiriləcək. Növbəti mövsüm daha güclü komanda quracağıq.
- Bəs, bu mövsüm üçün komandanın əsas planı nədən ibarətdir və klub nəyə ümid edir?
- Bu mövsüm qarşıya ancaq avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulub. Komanda bunu bacarmasa da, biz baş məşqçimiz Milinko Pantiçlə işimizə davam edəcəyik. Çünki onun qarşısına gələcəyə hesablanmış bir komanda yaratmaq məqsədi qoyulub. Bu gün 7 nəfər 1994/95 təvəllüdlü futbolçular əsas heyətə cəlb olunub. Daha 8 futbolçunun tezliklə əsas komandada oynaması nəzərdə tutulub. Bu da o deməkdir ki, yaxın vaxtlarda "Bakı" öz akademiyasının yetişdirdiyi futbolçulardan ibarət komandaya çevriləcək. İnanırıq ki, bu işlər Pantiçin rəhbərliyi altında uğurla həyata keçiriləcək.
- Pantiçdən söz düşmüşkən, "Neftçi" klubunun vitse-prezidenti Tahr Süleymanov mətbuata açıqlamasında "Pantiç milyonlar qazanmaq üçün yox, Azərbaycan futboluna xeyir vermək üçün çalışsın" deyərək, serbiyalı mütəxəssisi tənqid edib.
- Çox hörmətli Tahir müəllimə bildirmək istəyirəm ki, "Bakı" klubunun prezidenti Hafiz Məmmədov Milinko Pantiçi Azərbaycan futboluna xidmət etmək üçün Madridin "Atletiko" klubundan dəvət edib. Bu gün klub rəhbərliyi "Bakı"nın çempionatda hansı yer tutmasından asılı olmayaraq, Pantiçin işindən çox razıdır və onun futbolumuza xidmət etməsini yüksək dəyərləndirir. Xatırlatmaq istəyirəm ki, Pantiç bura milyonlar qazanmağa yox, Azərbaycan futboluna layiqli futbolçular yetişdirmək üçün dəvət olunub. Tahir müəllimdən xahiş edirəm ki, "Google" və "Youtube"dan Milinko Pantiç haqda məlumat toplasın və onun kim olmasına diqqət etsin. Pantiç "Kolxozçu" (Aşqabad), "Qori" klublarına qarşı oynayan yox, "Nou Kamp" stadionunda "Barselona"nın qapısına dörd qol vurmuş, "Sevilya"nın qapısına qol vurub, İspaniya kubokunu başı üzərinə qaldırmış futbol adamıdır. Pantiç əfsanəvi futbolçu olduğu üçün "Visente Kalderon"da onun şərəfinə büst qoyulub. Luis Araqones, Dieqo Forlan və digər məşhur futbolçular da "Atletiko"nun şərəfini qorusalar da, klubun stadionunda Pantiçin büstü qoyulub. Ancaq mən başa düşə bilmirəm ki, Pantiç niyə bir çox futbol adamlarımızı qayğılandırır?
- Dünən Topaz Premyer Liqanın 29-cu turunda "Bakı" səfərdə "Neftçi"yə uduzdu. Bu qarşılaşma haqda da fikirlərinizi öyrənmək istərdik.
- Hakim Mahir Şükürovun əlinə dəyən topu qeydə alıb, "Neftçi"nin qapısına penalti təyin etsəydi, nəticə başqa cür olardı. Görüşün hakimliyi haqda fikir bildirmək istəmirdim. Sadəcə Tahir müəllimin sözlərinə görə bunları dedim. Onun sözündən belə çıxır ki, Pantiç bura Azərbaycan futboluna xeyir verməyə yox, pul qazanmağa gəlib. Ancaq "Bakı" klubu Pantiçin Azərbaycan futboluna necə fayda verə biləcəyini çox gözəl bilir və yaxın illərdə bütün futbol ictimaiyyətimiz bunun şahidi olacaqlar.
- Mövsümün sonuna az qalıb. "Bakı" ilə müqaviləsi başa çatan futbolçular var?
- Demək olar ki, futbolçuların 60 faizinin müqaviləsi başa çatıb.
- "Bakı" xeyli sayda legioner transfer edib. Onlar bəslənilən ümidləri doğrulda bildilər? Yəqin ki, əcnəbilərdən göndərilənlər olacaq.
- Yaxşı çıxış edənlər də var, ümidləri doğrultmayanlar da. Təbii ki, müqaviləsi başa çatan və etimadı doğrultmayan futbolçularla yolları ayıracağıq. Ancaq bütün bunlar çempionat başa çatdıqdan sonra olacaq. Baş məşqçimiz Pantiç tərtib etdiyi siyahını klub prezidenti Hafiz Məmmədova təqdim edəcək və onun da qərarından sonra bəzi futbolçular göndəriləcək.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video