“Qəbələ” klubunun müdafiəçisi Elnur Allahverdiyevin Qol.Az saytına müsahibəsi
- “Qarabağ”la oyunda məğlub oldunuz. Səncə, buna nə səbəb oldu?
- Bunun dəqiq səbəbini deyə bilmərəm. Məşqlərimiz, hazırlıqlarımız hər zamankı kimi yüksək tempdə davam edir. Üzərimizə düşəni etməyə çalışırıq. Amma nəsə istədiyimiz nəticələri qazana bilmirik. Kubokda “Qarabağ”ı keçə bildik. Bu oyunda da qalib gələcəyimizə inanırdıq. İlk hissə normal alındı. Amma ikinci hissədə rəqibin qarşısını ala bilmədik. Eyni zamanda hakim səhvləri də nəticəyə təsirsiz ötüşmədi.
- Komanda daxilində futbolçular arasında problemlərin olduğu idddia edilir. Bu barədə nə deyə bilərsən?
- Son zamanlar uğursuz nəticələr qazandığımıza görə bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Hərə bir söz deyir. Amma futbolçuların arasında hər hansı bir problem yoxdu. Münasibətlərimiz normaldı. Uğursuzluğumuz varsa, bu, göstərdiyimiz oyunla bağlıdı. Qara zolağa düşmüşük. Yaxşı oynadığımız oyunlarda da istədiyimiz nəticəni ala bilmirik.
- Matçdan sonra legionerlərin oyunlarda can qoymadıqlarını söyləmisən...
- Oyundan sonra çox emosional və əsəbi idim. Qırmızı vərəqə almışdım. Məğlubiyyəti qəbul edə bilmirəm. Legionerlərimizlə heç bir problemim yoxdu. Hər komandada olduğu kimi bizdə də legionerlər bacardıqlarını etməyə çalışırlar. İlk iki dövrədə qələbələr qazanmağımızda onların böyük əməyi olub. Əslində bu sözüm, içi mən qarışıq bütün komandaya aid idi. Nə olur-olsun, qələbə qazanmalıyıq, vəziyyətdən çıxmalıyıq. Biz kollektivik, bəzən söz-söhbətlər olur, amma bu, birliyimizə toxunmamalıdı.
- Soyunub-geyinmə otağında çıxan dava-dalaşda da sənin adın hallanır...
- Orada dava yox, amma gərginlik oldu. Amma mənim adım niyə hallanır? Əgər mən olsam, yenə də deyərəm ki, mən haray-həşir salmışam. Bütün komanda məğlubiyyəti həzm edə bilmirdi, onun verdiyi gərginlik idi. Bizim bu vəziyyəti bəlkə də, jurnalist qardaşlarımız tam anlamır. Amma biz uşaq deyilik və komandamız ardıcıl ikinci böyükhesablı məğlubiyyət alır. Bu kişi oyunudu və soyunub-geyinmə otağında yüksək səslərin olması normaldı. Əgər məğlubiyyətdən sonra hamı sakitcə, heç nə olmamış kimi çıxıb getsəydi, həmin məqamı jurnalistlər qabartmalıdı. Məğlubiyyətdən sonra necə bunu sakit qəbul etmək olar? Şəxsən mən qəbul etmirəm. Bəli, oyundan sonra mən də yüksək səslə qışqırırdım, hirsimdən butsılarımı çırpırdım yerə. Amma dava-dalaş salmaq artıq söhbətdi. Soyunub-geyinmə otağından ən axırıncı mən çıxdım və inanın ki, utandığımdan bilmirdim, nə edim. Amma sabah komandanın məşqi var və gəlib baxa bilərsiz. Əmin olacaqsız ki, bu komandada hamı dost münasibətindədir.
- Keçmiş komandanla – “Xəzər-Lənkəran”la növbəti turda baş tutacaq səfər matçını buraxacaqsan...
- Təəssüf ki, Lənkəran səfərində komandamın yanında ola bilməyəcəm. Belə həlledici məqamda “Qəbələ”yə kömək edə bilmədiyim üçün üzgünəm. Bizə qələbə hava-su kimi lazımdı. Yuxarı pillələrə iddiamızı saxlamaq üçün 3 xal qazanmalıyıq. İnanıram kı, komanda Lənkərandan istənilən nəticə ilə dönəcək.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video