Maksim Medvedyev: "Qəbələ"yə məğlubiyyəti unutmamışıq"
"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyev Qol.az saytına müsahibəsində Topaz Premyer Liqanın 27-ci turunda "Sumqayıt" üzərində qələbədən (3:0) və növbəti turda "Qəbələ"yə qarşı keçiriləcək oyundan danışıb.
- Biz "Sumayıt"a autsayder kimi baxmırdıq. Oyuna çox ciddi hazırlaşmışdıq. "Sumqayıt" son dövrlər yaxşı nəticələr qazanmasa da, baxımlı oyun sərgiləyir. Rəqibimiz cavan futbolçulardan ibarət komanda idi. Buna görə də ilk hissədə layiqli müqavimət götərdilər. Ancaq ikinci hissədə "Qarabağ"ın daha güclü və təcrübəli olduğu öz sözünü dedi. Tez bir zamanda üç qol vura bildik və lazım olan qələbəni qazandıq.
- Nə baş verdi ki, 70 dəqiqə ərzində rəqib qapısına yol tapa bilmədiniz, ancaq 4 dəqiqəyə 3 qol vurmağı bacardınız?
- Yetmiş dəqiqə ərzində rəqib çox gözəl oynadı. Ancaq fərdi ustalıq sayəsində qolumuzu vura bildik. Bundan sonra "Sumqayıt" futbolçuları bir qədər ruhdan düşdülər, həm də müdafiədən daha çox hücuma üstünlük verdilər. Onlarda yorğunluq da hiss olunurdu. Biz də bundan istifadə edib, hesabı daha da artırdıq.
- Topaz Prmeyer Liqanın növbəti turunda sizi kubokdan kənarlaşdıran "Qəbələ" ilə qarşılaşacaqsınız. Revanş haqda düşünürsünüz?
- "Qəbələ" də Azərbaycanın ən güclü komandalarından biridir. Çox güclü futbolçulardan təşkil olunmuş heyətə və təcrübəli baş məşqçiyə malikdirlər. Bizə qarşı həmişə çox istəklə oynayırlar. Deməzdim ki, "Qəbələ" bizim üçün prinsipial rəqibdir. Bütün rəiblərə necə yanaşırıqsa, eləcə də "Qabələ"yə qarşı hazırlaşırıq. Hazırda bizim üçün həm yaxşı oyun nümayiş etdirmək, həm də lazım olan üç xalı qazanmaq vacibdir.
- Hər halda kubokla vidalaşmaq komandanı üzüb və futbolçular bu oyuna əlavə motivasiya ilə çıxmalıdır.
- Düzdü, artıq kubokla vidalaşmağımızı yaddan çıxarmışıq. Ancaq təbii ki, "Qəbələ"yə məğlubiyyəti unutmamışq. Çalışacağıq ki, bu dəfə "Qəbələ"ni doğma meydanımızdan xalsız göndərək.
- Kubokla çempionat oyunun fərqi nədir ki, eyni rəqibə qarşı müxtəlif nəticələr qazandınız. Yəni bu mövsüm Topaz Premyer Liqanın hər üç görüşündə "Qəbələ"yə qalib gəlməyi bacarmışdınız.
- Bizim üçün çempionluq daha önəmlidir. Hazırkı vəziyyətdə kubok o qədər əhəmiyyətli titul deyil. Çempionatda bu mövsüm "Qəbələ"yə üç dəfə qalib gəlmişiksə, deməli, kubokda da bunu bacara bilərdik. Ancaq hər zaman gözlənilməz nəticələr qeydə alına bilər. Bizim üçün də kubokda "Qəbələ"yə məğlubiyyət gözlənilməz oldu.
- Sadaladıqlarımızı nəzərə alsaq, "Qəbələ" ilə oyunda şansınızın dah çox olduğunu demək olar?
- "Qəbələ"dən üstünlüyümüz ancaq onda olar ki, ənənəvi oyun üslubumuzu pozmayaq. İndidən deyəsi olsaq, şansları 50/50-yə dəyərləndirirəm. Öz müydanımızda oynayırıq, ancaq kubokda da doğma divarlar arasında uduzmuşduq. Komandaların meydana hansı motivasiya ilə çıxmalarından da çox şey asılıdır.
- Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Bu, "Qələbəni"zə nə dərəcədə mane ola bilər?
- Ola bilər ki, "Qəbələ" bu sarıdan bizi üstələyir. Ancaq biz öz oyunumuzla istənilən komandanı üstələmişik və bunu yenə edə bilərik. Kubok oyununda bizə ancaq qələbə lazım idi. Ona görə bir qədər tələskən oyuna üstünlük verdik, top saxlamadıq. Onun nəticəsində də məğlub olduq. Ancaq bu dəfə həmin səhvlərə yol vermərik.
Ramiq AĞAMƏMMƏDOV