Milli komandamızın sabiq üzvü, hazırda klubsuz olan Aqil Nəbiyev Qol.Az saytına müsahibəsində "Rəvan"dan ayrılması və "Bakı" ilə müqaviləsini ləğv etməsi haqda danışıb.
- Zədəli halda "Rəvan"dan ayrıldın. Hazırda durumun necədir? Məşqlərini davam etdirə bilirsən?
- Bəli, "Qarabağ"ın əsas heyətilə birgə məşqlərdə iştirak edirəm. Getdikcə özümü daha yaxşı hiss edirəm.
- Gələcək karyeran üçün nə düşünürsən?
- Hələ ki, mövsümün sonuna iki ay qalıb. Çalışıram ki, o vaxta qədər məşqlərimi davam etdirim, formadan düşməyim. İnşallah, yəqin ki, hansısa klubla razılaşacam.
- "Rəvan"dan ayrılmağının əsl səbəbi nə idi?
- "Rəvan"dan problemsiz ayrılmışam. Klub rəhbərliyi ilə söhbətim oldu. Bildirdim ki, məndə olan zədə ilə süni meydançada məşq etmək gələcək karyeram üçün təhlükəlidir. Ona görə də qarşılıqlı şəkildə razılaşdıq və "Rəvan"la icarə müqaviləsini ləğv etdik. Sonra müalicəmi davam etdirdim. İndi demək olar ki, sağalmışam. Ancaq süni meydançada məşq etsəydim, zədəm bərpa olunmazdı.
- "Bakı" ilə müqavilən nə vaxt başa çatır?
- Mövsümün sonunda müqaviləm bitəcəkdi. Ancaq artıq müqaviləni ləğv etmişəm. Çünki qaydalara uyğun olaraq "Bakı" ilə müqaviləm olduğu halda "Qarabağ"da məşq etməyim düzgün olmazdı.
- Hazırda "Qarabağ"la birgə məşq edirsən. Bu kluba transfer olunmağın mümkündür?
- "Qarabağ"ın düşərgəsinə müqavilə imzalamaq üçün gəlməmişəm. Niyyətim odur ki, məşqlərimi davam etdirim və formamı bərpa edim. Qurban Qurbanov sağ olsun ki, məşq etmək üçün mənə şərait yaratdı.
- Başqa klublardan təklif almısan?
- Çempionatın başa çatmasına az qalıb. Bir qədər gözləmək lazımdır. Bir aydan sonra hansısa kluba keçməyim haqda düşünə bilərəm. Ancaq indi əsas məqsədim formamı bərpa etməkdir.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi