"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın bitməyinə artıq 10 tur qalıb. İndidən mükafatçılar haqda nəsə demək olar?
- Niyə olmur? Düşünürəm ki, "Qarabağ" yüz faiz çempion olacaq. Bu komandanı indidən təbrik etmək olar. Məncə, "Neftçi" və "Bakı" ikinci yer üçün ən real namizəddir. Bir qədər "Qəbələ"yə inamım azalıb. Çünki son dövlər heç də yaxşı oyun sərgiləmirlər. Ona görə də "Qəbələ"nin mükafatçılar sırasına düşməyinə inanmıram. Birinci dövrədə komanda normal futbol oynayırdı. Ancaq indi həmin komandanı görə bilmirik. Layiq olan komandalar yüksək yerlər uğrunda mübarizə aparırlar. Bu siyahıda yalnız "Xəzər Lənkəran"ın adı çatışmır. İnanaq ki, gələn mövsümdən bu komanda da güclənək.
- Qeyd etdiyiniz komandalardan avrokuboklarda da nəsə gözləmək olar?
- Hər bir komandamızdan nəticə gözləmək olar. Ancaq bunun üçün yay fasiləsində yaxşı transferlər olunmalıdır. "Qarabağ"dan daha artığını gözləmək mümkündür. Ancaq yeni transferlər olmasa, Çempionlar Liqasının qrup mərhələsi haqda danışmaq çətin olacaq.
- Vaqif Sadıqovun AZAL-dan istefa verməsinə münasibətiniz necə oldu?
- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Çox təəssüfləndim. Onun yerinə təyin olunan Tərlan Əhmədovu isə təbrik edirəm. Çempionatın gedişində yerli məşqçilərimizin işindən azad olunmasını heç vaxt istəməzdim. Həmişə yerli məşqçilərimizin iş başında olmasını istəmişəm. Klubun daxilində nə baş verdiyini, Vaqif Sadıqovun niyə istefa verməsini bilmirəm.
- Klub rəhbərliyi baş məşqçidən bu mövsüm AZAL-ı avrokuboklara çıxarmağı tələb edib. Vaqif Sadıqov isə bu işin mümkünsüz olduğu üçün istefa verib.
- Əgər səbəb budursa, düzgün hal deyil. Çünki çempionatın sonuna 10 tur qalıb. Üstəlik AZAL-da çox da səviyyəli futbolçular yoxdur. Bu komandanın avrokuboklara düşməyi inandırıcı deyil. Yəni səbəb kimi qeyd etdiyiniz məsələni göstəriblərsə, deməli, klubun başqa fikri olub. Avropaya çıxmaq istəyən komandanın qarşısına mövsümün əvvəlindən məqsəd qoyulmalıdır.
- Ümumiyyətlə bu mövsüm klublarımızda baş məşqçi dəyişikliyi həddən artıq oldu.
- İnşallah düzələr. Onsuz da hər şeyin ilki Azərbaycanda olur. Fikir verin, çempionatda ən çox reqlament dəyişən bizik. Hər il bir cür çempionat keçiririk. Gah 10, gah da 12 komanda ilə oynayırıq. Buna real baxmaq lazımdır. Gələn il yenə dəyişiklik olacaq. Buna yüz faiz əminəm. Hər il çempionatın formatını dəyişirik ki, görək hansı sərfəlidir. Ancaq hələ ki, lazım olan, düzgün formatdan istifadə edə bilməmişik.
- Lazım olan format hansıdır?
- 16 komanda ilə əla çempionat keçirmək olar. iki dövrəli oyun sistemi ilə 30 oyundan ibarət əla çempionat olar. Azərbaycan üçün ən münasibi də bu olar. Bir şeyi də əlavə edim ki, regionlarımızda futbol olmasa, Azərbaycanda futbol inkişaf etməyəcək. Görürsüz, Lənkəranda, Qəbələdə, Sumqayıtda nə qədər azarkeşlər var. Ancaq Bakıda keçirilən oyunlarda cüzi sayda azarkeş olur. Gəncə, Tovuz kimi bölgələrimizdə futbolun olmamağı çox üzücüdür. Boş tribunlar önündə oynamaqla nə əldə etmək olar?
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video